Böyük pivə istehsalçısı 520 milyon dollar qazanıb

Asiya-Sakit okean bölgəsindəki ən böyük pivə istehsalçısı Budweiser APAC, bu ilin ilk yarısında 520 milyon dollar qazanıb. Marja xəbər verir ki, bu barədə şirkətin cümə axşamı Honq Konq Fond Birjasında yayımladığı hesabatda bildirilib.

Budweiser APAC-ın mənfəəti 2020-ci ilin birinci yarısında 222 milyon dollardan bu ilin ilk yarısında 520 milyon dollara yüksəlib. 

Yanvar-iyun aylarında şirkət istehsalını 18,4% artırıb ki, bu da ən böyük bazarlarda - Çində, Cənubi Koreya Respublikası və Hindistanda tələbin yaxşılaşması ilə əlaqədardır.

Budweiser APAC dünyanın ən böyük pivə istehsalçısı Anheuser - Busch InBev-ın törəməsidir. Şirkət Stella Artois, Corona, Hoegaarden kimi məşhur növlər daxil olmaqla 50-dən çox markada içkilər istehsal edir.

Mənbə:
0
49
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar