• Şikayət et

Bill Qeytsin boşanmasının səbəbi bilindi: Xəyanət edib

“Microsoft”un qurucusu Bill Qeytsin 27 illik həyat yoldaşı olan Melinda Qeytslə boşanma səbəbinin xəyanət olduğu üzə çıxıb.

REPORTYOR.info xarici mətbuata istinadla xəbər verir ki, Bill Qeytsin bir neçə qadınla həyat yoldaşına xəyanət etdiyi məlum olub.

Onlardan birinin 2015-ci ildən bəri Bill və Melinda Qeyts Vəqfi üçün tərcüməçi olaraq çalışan Ze “Shelly” Vanq olduğu diqqətə çatdırılıb. Yazılanlara görə milyarder hər ayın müəyyən günlərində məşuqəsi ilə gizli görüşüb.

Onun məşuqəsi 36 yaşlı Vanq mətbuata açıqlama verərək bunun yalan olduğunu deyib:

“Bu şayiələrin zamanla aradan qalxacağını düşünürdüm. Bir yalanın belə sürətlə yayılacağını gözləmirdim. Bu iddiaların əsassız olduğunu sübut etmək üçün xərcləyəcəyim vaxta bir neçə kitab oxuya bilərəm”.

Bundan başqa Bill Qeytsi keçmiş sevgilisi Ann Vinblandla da hər il bir həftəlik görüşüb birgə vaxt keçirirmiş. Onun həyat yoldaşı Melinda Qeytsin bunlardan xəbərdar olduğu halda, səssiz qalmağı üstün tutduğu deyilir.

Mənbə:
0
2857
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar