Bakıdan İzmirə uçuşların sayı artırılır

Bu gündən etibarən Bakıdan Türkiyənin kurort şəhəri olan İzmirə xüsusi reyslərin sayı artırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Buta Airways” məlumat yayıb.

Bildirilib ki, yay uçuş cədvəli çərçivəsində, həftədə üç dəfə (çərşənbə, cümə və bazar günləri) Bakı-İzmir-Bakı istiqamətində yerinə yetirilən gündəlik reyslərə daha bir reys əlavə olunacaq.

Bununla da bu istiqamətdə reyslərin sayı həftədə 10 dəfəyə çatdırılacaq.

Mənbə:
0
142
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar