“AzSığorta” şirkətinin satışı kəskin azaldı – ŞİRKƏT KİÇİLİR

Azərbaycan sığorta bazarının iştirakçılarından olan “AzSığorta” şirkətinin yığımları azalmaqda davam edir. 

FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-sentyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, qeyd olunan dövr ərzində şirkətin yığımları kəskin azalıb.

Belə ki, son bir illə (2020 yanvar-sentyabr) müqayisədə şirkətin yığımlarının həcmi 4,534 mln. manat və ya 35,1% azalaraq 8,382 mln. manata düşüb. 

Yığımlardakı azalmadan fərqli olaraq, hesabat dövründə şirkətin müxtəlif sığorta hadisələləri üzrə ödədiyi vəsaitlərin həcmində kəskin artım müşahidə olunub. Bu dövrdə “AzSığorta”nın ödənişləri 1,221 mln. manat və ya 26,9% artaraq 5,751 mln. manata çatıb.

Mənbə:
0
159
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar