Dünən Ucar rayonunun Qazyan kəndində ümumi sahəsi 230 kvadratmetr olan ikimərtəbəli evdə yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, 82 yaşlı Ağahüseyn Qəniyev şəxsi evini oğlu İsa və onun həyat yoldaşı Pərvanə ilə mübahisə nəticəsində yandırıb. Belə ki, oğlunun 2-ci ailəsini qəbul etməyən ev sahibi onların evdə yaşamasına icazə verməyib. Hətta buna görə A.Qəniyev əvvəllər də döyülüb.

Sonuncu mübahisə isə 82 yaşlı kişinin evini öz qızına verəcəyini deməsindən sonra baş verib.

Qayınatası ilə dalaşan Pərvanə ona aid olmayan evin sənədlərini götürərək evdən çıxıb. Bundan sonra A.Qəniyev qaz balonunu açıb və öz evində qəsdən yanğın törədib.

O, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına mane olub. Nəticədə ev yanaraq kül olub.

Onu da deyək ki, Ağahüseyn Qəniyevin oğlu İsanın ikinci evliliyindən 3 övladı var.