Azərbaycanın sərmayə imkanlarının təqdimatı keçirilib

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) birgə təşkilatçılığı, Türkiyənin aparıcı şirkətlərinin, o cümlədən sahibkarlığın, investisiyaların və ixracın təşviqi qurumlarının iştirakı ilə Azərbaycanın sərmayə imkanlarının təqdimatı məqsədilə keçirilən sərmayə, ixracat, kənd təsərrüfatı, tranzit, turizm sahələrini əhatə edən “İnvestment Roadshow” adlı tədbirdə iştirak edib.

 

Video formatda keçirilən tədbirdə Azərbaycan tərəfindən aidiyyatı dövlət qurumları, Türkiyə tərəfindən isə dövlət qurumları ilə yanaşı, qarşı tərəfin aparıcı şirkətlərinin, o cümlədən sahibkarlığın, sərmayələrin və ixracın təşviqi qurumlarının nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılıb.

 

İşğaldan azad olunmuş ərazilərin iqtisadi, mövcud vəziyyəti və investisiya potensialı mövzusunda ətraflı məlumat verən Rəhman Hacıyev məsələ ilə bağlı vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Mənbə:
0
582
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar