Azərbaycandan neçə nəfər COVİD-19-a yoluxub? - AÇIQLAMA

Azərbaycanda bu gün koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb.

Valyuta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, 181 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 5 nəfər COVID-19-dan dünyasını dəyişib.

Bu günə qədər ölkədə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. 

Onlardan 332 574 nəfər müalicə olunaraq sağalıb, 5 019 nəfər vəfat edib. 4 955 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 423, bu günə qədər isə ümumilikdə 4 014 073 test icra olunub.

Mənbə:
0
63
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar