Azərbaycanda şok cinayət: 65 yaşlı qadın görün nə edirmiş! VİDEO

Polis əməkdaşlarının ayrı-ayrı rayonlarda keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilər əkib və satanlar saxlanıblar. Çoxlu sayda narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanan şəxslərin birindən isə "F1" qumbarası aşkarlanıb.

"Patı" satan daha 9 nəfər saxlanıb. Onlardan birinin oğurluq əməli də üzə çıxıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində "patı" və "şüşə" kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran rayon sakinləri saxlanıblar. Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə heroin və metamfetamin, eləcə də 5 ədəd elektron tərəzi aşkarlanıb.

Saxlanan şəxslərdən Sabir Vəliyevin həmçinin Lənkəran şəhəri ərazisindəki evlərdən birindən 650 manat dəyərində mobil telefon oğurladığı da müəyyən edilib. Həmin mobil telefon ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Şəmkirdə isə narkotik yetişdirən qadın saxlanıb. Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bayramlı kənd sakini Sevil Əliyevaya məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilmiş narkotik bitkilər, o cümlədən 60 ədəd ümumi çəkisi 38 kq 300 qram olan çətənə aşkarlanıb.

Dindirilmə zamanı saxlanan şəxs çətənə kollarını cari ilin may ayında satış məqsədi ilə əkdiyini etiraf edib.

Qubadlıda da narkotik tərkibli bitkilər aşkar edilib. Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı rayonun Qədili kəndi ərazisində çəkisi 5 tondan artıq olan 7982 ədəd çətənə kolu kökündən çıxarılaraq məhv edilib.

Göyçayda isə "patı" alverçiləri saxlanıb, onların birindən qumbara aşkarlanıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Çayarxı kənd sakini Xəyal Məmmədov saxlanıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin və üzərində daşıdığı sellofan torbadan 1 ədəd "F-1" əl qumbarası aşkarlanıb.

Keçirilən daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanan, əvvəllər məhkum olunmuş Elvin Qafurovdan metamfetamin aşkarlanıb. Araşdırma zamanı bir neçə gün öncə keçirilən əməliyyat tədbirləri ilə tutulan, üzərindən heroin və metamfetamin aşkarlanan Kamil Qəndəliyevə narkotik vasitəni satan şəxsin Elvin Qafurov olduğu müəyyən edilib.

Bütün faktlarla bağlı rayon polis şöbələrində cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə:
0
139
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar