BDU-nun Hirş indeksi 52-yə çatıb

AzEdu.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) inkişaf strategiyasının əsas məsələlərindən biri də elmi-tədqiqatların prioritetlərini dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirməkdir. BDU Avropa və dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin funksiyalaşdırılması və inkişafını təmin edə bilən mütəxəssislər, elmi və elmi-pedaqoji, mühəndis-texniki kadrlar hazırlayan, sənaye müəssisələri ilə olan mövcud əlaqələri inkişaf etdirməklə elmi nəticələri kommersiyalaşdıran struktura və bazaya malikdir.

“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun Hirş indeksi artaraq 52 olub (Hirş indeksi alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir). Hər bir əsərə istinadların orta sayı isə 6.06-ya qədər yüksəlib. Onu da qeyd edək ki, 2018-cı ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər olub.

Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3598 elmi əsər nəşr edilib. Bu əsərlərə 22000-nə yaxın istinad edilib. 2022-ci ilin ilk 8 ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 146 əsər nəşr edilib və nəşr edilən əsərlərə 2800-ə yaxın istinad edilib.

Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.

Orta təhsil müəssisələrinə məktəbli formalarının seçimi ilə bağlı göstəriş verilib.

AzEdu.az xəbər verir ki, direktorlar bu barədə sinif rəhbərlərinə məlumat veriblər.

Bildirilib ki, məktəbli formaları üçün bir neçə rəng seçimi olsa da, ağ və göy, açıq və tünd xaki rənglərindəki geyimlərə üstünlük verilib.

Göstərişdə birinci sinif şagirdləri üçün yeni məktəbli formalarından istifadənin mütləq olduğu diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, digər siniflər üzrə bir il müddətində əvvəlki formalardan istifadəyə icazə verilir. Lakin növbəti ildən bütün siniflərdə yeni məktəbli formalarından istifadə məcburi olacaq.

MODERN

Subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən aşağıdakı göstərilən ixtisaslara müsaqibə yolu ilə qəbul ola bilməz.

AzEdu.az Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsinə istinadən həmin ixtisasları təqdim edir.

Xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisaslar.

"ADA" Universitetinin ixtisasları

Baki Ali Neft Məktəbinin ixtisasları

Bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

Geologiya və Geofizika İnstitutundan aldığımız məlumata görə, bu, güclü püskürmədir. Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunyıb.

Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.

Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib.

Subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən aşağıdakı göstərilən ixtisaslara müsaqibə yolu ilə qəbul ola bilməz.

AzEdu.az Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsinə istinadən həmin ixtisasları təqdim edir.

Xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisaslar.

"ADA" Universitetinin ixtisasları

Baki Ali Neft Məktəbinin ixtisasları

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və İnşaat fakültəsinin Kimya mühəndisliyi kafedrasının əməkdaşı Kənan Şıxəliyev doktorantura pilləsi üzrə təhsilini ABŞ-ın Cənubi Karolina Universitetində (University of South Carolina) davam etdirir. K.Şıxəliyevə həmin universitet tərəfindən verilən illik təqaüdün məbləğı 45 min ABŞ dolları təşkil edir.

AzEdu.az xəbər verir ki, universitetdə təhsili dövründə katalizatorlar və reaksiya kinetikası üzrə araşdırmalar aparmaqla yanaşı, o, eyni zamanda Elektrik İstehsalına Strateji Yanaşma Mərkəzində tədqiqatçı tələbə olaraq çalışır.

Gələcək hədəflərindən söz açan Kənanın arzusu təhsilini bitirdikdən sonra vətənə qayıdıb qazandıqığı bilik və bacarıqlarını təcrübədə tətbiq etməklə, Azərbaycanın elm və təhsil sahəsinə öz töhfəsini verməkdir.

Qeyd edək ki, bakalavr pilləsi üzrə təhsilini 2010-2015-ci illərdə başa vuran K.Şıxəliyev magistr təhsilini 2016-2018-ci illərdə Malayziya Elm Universitetində (University of Science, Malaysia) tamamlayıb.

"Azərbaycan Dövlət İqtisad Universiteti" (ADİU-UNEC) 50 hibrid auditoriya infrastrukturunun yaradılması üçün mal, iş və xidmətlərin satın alınması ilə bağlı tenderə yekun vurub.

AzEdu.az -Economics” dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "Bakinity Distribution" MMC seçilib. Qalib şirkətlə 1,2 milyon manat həcmində müqavilə imzalanıb. Şirkət 2025-ci ilin sentyabr ayına kimi ADİU-yə xidmət göstərəcək.

Bu ilin fevralın 11-də İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İsmayıllı rayon prokurorluğundan AzEdu.az verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Gülarə Qəhrəmanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Bəxtiyar Əhmədliyə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Cənubi Koreya Respublikasının İNHA Universitetində təşkil olunan “Yay məktəbi”ndə qruplar şəklində iştirak edəcəklər. Artıq tələbələrin bir qismi bu məqsədlə sözügedən ölkəyə yola salınıb.

AzEdu.az xəbər verir ki, qrupa BMU-nun Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev rəhbərlik edir. Tələbələrin digər qrupunun 12 avqust tarixində yola salınması nəzərdə tutulur.

“Yay məktəbi”nin təşkili BMU və İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının əsas komponentlərindən biridir.

Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə görüş keçirilib.

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə Təhsil İnstitutunun Metodiki Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, Bakı Avropa Liseyinin ibtidai sinif müəllimləri Pərvinə Qədimova, Ülkər Mirzəyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev və ibtidai sinif müəllimləri iştirak ediblər.

Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə danışılıb. Sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlər səslənib, müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat verilib.

Həmçinin təhsilverənlərin sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə iştirakçılar məlumatlandırılıb, nümunə test tapşırıqları izah edilib.

Görüşdə çərçivə sənədinə dair müvafiq fənlər üzrə təqdimatlar dinlənilib, imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Elm və Təhsil Nazirliyi tərəfindən orta təhsil müəssisələrinə məktəbli formalarının seçimi ilə bağlı göstəriş verilib.

AzEdu.az xəbər verir ki, direktorlar bu barədə sinif rəhbərlərinə məlumat veriblər.

Bildirilib ki, məktəbli formaları üçün bir neçə rəng seçimi olsa da, ağ və göy, açıq və tünd xaki rənglərindəki geyimlərə üstünlük verilib.

Göstərişdə birinci sinif şagirdləri üçün yeni məktəbli formalarından istifadənin mütləq olduğu diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, digər siniflər üzrə bir il müddətində əvvəlki formalardan istifadəyə icazə verilir. Lakin növbəti ildən bütün siniflərdə yeni məktəbli formalarından istifadə məcburi olacaq.

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 11 avqust saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən xəbərə görə, 11 avqust saat 09:00-a olan məlumata əsasən 841 namizəd (Azərbaycan bölməsi - 707; rus bölməsi - 134) imtahana yazılıb.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Bu gündən ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə başlanılır.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Belə ki, şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilir. Proses nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçiriləcək. Direktor olmaq istəyən şəxslər avqustun 16-dək www.miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələlərindən ibarət olacaq. Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarətdir. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandıran namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılacaqlar.

2021-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqədə keçid balı toplamış və müsahibə mərhələsinə dəvət olunmamış şəxslər birbaşa esse mərhələsində iştirak etmək imkanı qazanacaqlar. Həmin şəxslər yenidən test imtahanı mərhələsində iştirak etdikləri halda ötənilki müsabiqə nəticəsi qüvvədən düşəcək.

Test imtahanından əvvəl bölmələr üzrə nümunə test tapşırıqları paylaşılacaq.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qiyabi təhsil üzrə tələbə qəbulu aparılır.

UNEC-dən AzEdu.az-a bildirilib ki, qəbul dövlət və bələdiyyə idarəetməsi, maliyyə, mühasibat, iqtisadiyyat, biznesin idarə edilməsi, beynəlxalq ticarət və logistika, informasiya texnologiyaları, menecment, ekologiya, marketinq, qida mühəndisliyi, sosial iş ixtisasları üzrə aparılır.

“Mən dərslərimi ən yeni və müasir metodlarla keçirəm. Bunu digər ölkə müəllimlərindən araşdırıb, axtarıb, öyrənib tədbiq edirəm. Şagirdə şəxsiyyət kimi yanaşmaq və qarşılıqlı hörmət mənim üçün ən əsas məqamlardan biridir. Dərsi izah edərkən özümü onların yerinə qoyuram. Diqqətlərini dərsə cəmləmək üçün öz xüsusi metodlarımdan istifadə edirəm. Riyaziyyatın həyatla əlaqəli olduğuna dair nümunələr göstərirəm. Bu onların riyaziyyat fənninə olan marağını artırır. Tənəffüsdə onlarla söhbətlər aparır, məsləhətlər verir, səmimi olmağa çalışıram. Boş zamanlarını səmərəli keçirmələri üçün məsləhətlər verirəm. Dərsdən sonra isə şagirdlərimlə vaxt keçirir, özümü inkişaf üçün axtarış edir, dil biliklərimi inkişaf etdirirəm”.

Bu yazılanların yəqin ki, hər hansı sıradan bir müəllim üçün o qədər də çətin bir iş olmadığını düşündünüz. “Hər bir müəllim özünü şagirdlərin yerinə qoya, onların anlayacağı üsulda yeni metodlardan yararlana bilər” qənaətinə gəldiniz. Amma burada bilmədiyimiz daha bir amma var. Müsahibimiz, yuxarıdakı sözlərin müəllifi, gənc müəllim Aysel Babayeva sıradan məktəbdə yox, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbində Riyaziyyat kimi çətin fənni tədris edir. Oradakı şagirdlərlə işləməyin tam başqa çətinlikləri var. Lakin Aysel xanım oradakı gərgin fəaliyyətlə yanaşı, istər repetitor, istərsə də olimpiada təlimçisi kimi böyük uğurlar qazanıb.

2014-cü ildə İNFOMATRİX-ROMANİA beynəlxalq olimpiadasında bürünc medal qazanıb. 2019-cu ildə Qazaxıstanda keçirilən beynəlxalq İNFOMATRİX-ASİA olimpiadasında layihə rəhbəri olduğu komandanın üzvləri yüksək nəticələr əldə edib. (Eyvazlı Yusif və Dəmirçiyev Nicat-hər ikisi bürünc medal). Hazırladığı gənclərdən bir neçəsi ölkə üzrə buraxılış imtahanlarında və Respublika Fənn Olimpiadalarında yüksək nəticə qazanıblar. Özü isə AzEdu Təhsil Portalı və Milli Məclisin Mədəniyyət Komitəsinin ortaq layihəsi olan “İlin Gənc Müəllimi-2021”-in finalçılarından olub.

Amma gənc müəllimin əsas uğuru bunlar deyil: o, sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbdə çalışmaqla, cəmiyyətin həssas kəsimi olan yeniyetmələrə Riyaziyyat kimi çətin fənni sevdirə bilib. Necə? Yaxşısı budur, özünü dinləyək və söhbətimizin bu yerində müsahibəyə keçək:

-Aysel xanım, Riyaziyyata baxışınız yaradıcı və elmi müstəvidədir. Bu predmeti daha geniş miqyasda inkişaf etdirməyi düşünürsüz. Bəs, necə oldu ki, belə hədəfləriniz ola-ola məhz hazırda işlədiyiniz məktəbi seçməli oldunuz?

-Əvvəlcə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bitirdim. İkinci təhsilimi yenə də BDU-da riyaziyyat müəllimliyi ixtisası üzrə aldım. ADA universitetində də bir müddət oxudum və deyim ki, oradakı müəllimlərdən çox şeylər öyrəndim.

17 yaşımdan abituriyent hazırlığı ilə məşğulam. Amma hər zaman demişəm: bu işi maddi qazanc naminə yox, özünü inkişaf etdirmək və gələcəkdə tanınmış riyaziyyatçı olmaq məqsədilə etmişəm. Bu gün də eyni fikirdəyəm. Riyaziyyat müəllimliyini seçməyimdə də bu istək-yəni, tanınmış riyaziyyatçı kimi formalaşmaq əsas rol oynadı.

Hazırda işlədiyim Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbini seçməyimdə bir neçə səbəb olub. Bu məktəbdən mənə təklif gələndə az qala, hamı dedi ki, oranı seçmə, əks-halda çox əziyyətlərə qatlaşmalı olacaqsan. Lakin mən fikrimdən daşınmadın, o məktəbə getdim və gördüyüm ilk təəssüratlardan çox kövrəldim. Düşündüm ki, bu uşaqları yarı yolda qoya bilmərəm. İlk vaxtlar çox çətin idi. Demək olar, bir həftə belə keçdi. Amma sonra öz-özümə dedim ki, artıq toparlanmalıyam! Çünki buradakıların onlara göstərdiyim sevgi və diqqətə nə dərəcədə ehtiyacı olduğunu görürdüm. Hər adamdan bu sevgini görmürdülər. Bunlar öz yerində, həm də mən özüm onlardan çox şeylər öyrənir, sanki həyati ibrət dərsləri alırdım... Sağlamlıq imkanları məhdud olsa da, həqiqətən, bəzən elə sözlər deyirlər ki, insan özü onlardan çox şeylər öyrənmiş olurdu. O sözlər mənə sanki həyat dərsi olurdu. Artıq iki ildir ki, orada çalışıram, bu müdət ərzində özümdə həddindən çox dəyişiklər hiss edirəm. Ötənilki mənlə builki mən arasında çox fərqlər var. Ruhən həyatda çox şeylər yaşamış kimiyəm. Ora hər bir müəllim üçün bir həyat təcrübəsidir. Müəllimlik həqiqətən də ən çox burada öz əsl mahiyyətini əks etdirir.

-Aysel müəllim, xüsusi bacarıq tələb edən tədris müəssisəsində ilk olaraq hansı fərqli metodlardan yararlanmağa çalışdınız?

-Orada bəzi şagirdləri passiv dinləyici halında idilər. Ən çox da görmə imkanları zəif uşaqlar bu problemi yaşayırdılar. İlk məqsədim onları passiv dinləyici halından çıxarıb bütün sinfi dərsə cəlb etmək oldu. Onun da fərqində idim ki, riyaziyyat kimi çətin fənnin tədrisində bütün sinfi eyni anda dərsə cəlb etmək mümkün olmayacaq. Amma fikrimdə qəti idim. Uşaqlar isə ilk dərslərdə məni qəbul etmək istəmirdilər. Həssas qrupa aid uşaqlar idilər və köhnə müəllimlərinə alışmışdılar. Bu zaman düşündüm ki, bəs mən burada nə etməliyəm? Onlarla daha da yaxın olmağa, tənəffüsdə birlikdə vaxt keçirməyə başladım. Demək olar, bütün tənəffüsləri onlarla birlikdə keçirirdim. Hələ bu azmış kimi dərsdən sonra da əlavə olaraq onlarla qalar, dərslərində yardımçı olar, nömrələrini götürüb evə gedəndən sonra əlaqə saxlayıb maraqlanardım. Bir sözlə, əlimdən nə gəlirdisə etdim. Yuxarı siniflərdə oxuyan elə şagirdlər var idi ki, adicə vurma cədvəlini belə bilmirdilər. Onlara da uyğun tapşırıqlar verirdim ki, boş qalmasınlar. Çünki birdən-birə inteqral öyrənə bilməzdilər. Məqsədim, onların sadəcə, passiv dinləyici halından çıxması idi. Bunu bacardım. Amma elələri də var idi ki, heç vurma cədvəlini də bilmirdilər. Təbii ki, bu, müəyyən səbəblərdə bağlı idi. Onlar üçün başqa seçim edəsi oldum: bədii kitablar aldım və razılaşdıq ki, oxuduğunuz əsərləri sonradan mənə danışacaqsınız. İnanın, sonradan bu uşaqların arasında elələri oldu ki, onlar bədii kitablarsız qala bilmədilər. Boş vaxtı olan kimi bədii kitab oxudular. Eləsi var ki, oxumaqla yanaşı, üstəlik hekayə də yazır. İstədim onun istedadını üzə çıxarım. Amma yazdıqlarını utandığı üçün mənə göstərmədi. Hekayələrini oxuyan sinif yoldaşları isə deyir ki, müəllim, həqiqətən, çox gözəl yazır. Ümid edirəm ki, öz yazıları ilə məni də tezliklə tanış edəcək. Çünki onun qabiliyyətinin üzə çıxmasını çox istəyirəm. Təsəvvür edin ki, ailə üzvlərindən heç kimsəsi yoxdu. Evləri yanıb, ata-anası, qardaş-bacısı hadisə zamanı vəfat edib. Özünün də gözləri cəmi bircə faiz görür. Amma yazır, sinif yoldaşlarının dediklərinə görə də çox gözəl hekayələr yazır... Təbii ki, belə şagirdi üzə çıxarmağı çox istəyərəm...

HAŞİYƏ

“Söhbətin bu yerində bir problemi də deyim ki, görmə qabiliyyəti məhdud uşaqlar üçün dərsi öyrənməkdən ötrü xüsusi planşetlərin olması çox vacibdir. Təəssüf ki, bu kimi vəsaitlər hazırda yoxdur, şagirdlər isə lövhəni demək olar ki, görə bilmirlər. Bu barədə bir neçə dəfə danışmışsam da, laqeyd münasibət görmüşəm.

Digər bir problem isə vaxt azlığıdır. Bu problem imkan vermir ki, hamı ilə fərdi qaydada məşğul olum. Məsələn, eyni sinifdə görmə qabiliyyəti normal və aşağı olan şagirdlər varsa, onlar üçün material dəftərlərinə ayrı-ayrı ölçülü şriftlərlə yazılmalıdır. Bu və bu kimi digər metodiki-texniki məsələlər vaxtın azlığından öz həllini tam tapa bilmir”.

Aysel müəllim, sağlamlıq imkanları məhdud məktəbdə heç kəsin gözləmədiyi uğura imza atıb. Oranın bir şagirdini beynəlxalq olimpiadaya hazırlaşdırıb və o da ABŞ-da yüksək yerlərdən birini qazanıb:

-Məktəbdə bir neçə müəllimlə söhbət zamanı dedim ki, burada xüsusi qabiliyyətə malik uşaqlar var və mən onları olimpiadalara hazırlamaq istəyirəm. Bunun çox çətin olacağını dedilər. Amma mən bacardım. 10-cu sinifdə oxuyan Abdullazadə İsmayıl adlı şagirdi hər gün özüm evimə gətirib, olimpiadaya hazırladım. Lazımı proqramı ona mənimsətdim və İsmayıl çox böyük uğur əldə etdi – Amerika Riyaziyyat Olimpiadasında qaliblərdən oldu. Uğuruna çox məmnun oldum, çünki həqiqətən də əziyyətim böyük idi və onun nəticəsini görmək məni hədsiz sevindirdi.

-O zaman biz İsmayılla sizi birlikdə dəvət edərik və maraqlı bir material hazırlayarıq. Onu hazırlama metodikanız bizim üçün çox maraqlı olar. Çünki həqiqətən sağlamlıq imkanları məhdud bir məktəbdə oxuyan şagirdin ABŞ-da uğur qazanması qeyri-adi hadisədir.

-Böyük məmnuniyyətlə. Hələ Humay adlı bir şagirdim də var, onu da tam təmənnasız şəkildə hazırladım və 85 faizlik nəticə göstərdi. Üstəlik, başqa müəllimlərlə də danışdım və onlar da təmənnnasız şəkildə onun hazırlığı ilə məşğul oldular.

Aysel xanımın beynəlxalq uğurları öz sözünü deyib. Onu paytaxtda fəaliyyət göstərən bir neçə özəl tədris müəssisəsinə işləməyə dəvət ediblər. Amma getməyib... Səbəb isə çox təsirlidir: işlədiyi məktəbdəki şagirdlərdən uzaqlaşıb, onları tək qoymaq istəməyib:

-Mənə iki özəl liseydən dəvət gəldi. Hər ikisi çox yüksək nüfuza malik tədris müəssisəsi idi. İmtahan verdim, yüksək nəticə də göstərdim. Amma sonda sanki özümü suçlu hiss etmiş kimi oldum. İş yerimdəki şagirdlərin simaları göz önümə gəldi. Mənə ehtiyacları olduqları halda onları qoyub gedirdim... Amma bunu etmədim, onlardan ayrıla bilmədim. Məni dəvət edən həmin lisey rəhbərliyinə də işləyə bilməyəcəyimi bildirdim. Çünki oradakı uşaqların hər birinə xüsusi yanaşan bir müəllim lazım idi. Onlar məni bu gözdə görürdülər... Odur ki, gedə bilmədim və hazırda da burada işləyirəm.

Aysel müəllimi o internat məktəbində saxlayan başqa bir səbəb də çox sevdiyi bir sinfidir. Hansı sinif ki, oradakı bütün uşaqlar özlərinin şad günlərini də, pis günlərini də məhz bu gənc müəllimlə bölüşür və ona ürək qızdırırlar:

-O məktəbdə sevdiyim bir sinif var. Uşaqları da mənə çox bağlıdırlar. Amma ilk günlər onlarla o qədər də isinişə bilmirdik. Bir neçə ay belə davam etdi. Sonradan ilk cəhdləri özüm etdim. Onlarla dostlaşmağa başladım. Ad günlərimizi birlikdə qeyd etdik, xoş hadisələri bərabər yaşadıq. İndi o siniflə bir-birimizə o qədər yaxınıq ki, bütün xoş günlərimizi bir yerdə keçiririk. Həmin sinfə elə bağlanmışam ki, bilmirəm onlar bitirəndən sonra o məktəbə necə gedəcəyəm.

Ümumiyyətlə, məktəbimizdəki şagirdlərin çox böyük ürəkləri var. Bəzən sevgilərini göstərməkdən ötrü mənə simvolik hədiyyələr də alırdılar. Məsələn, özlərindən bir qolbaq düzəldir, üzərinə adımı yazırlar.

-Sizin fəaliyyət istiqamətiniz təkcə çalışdığınız məktəblə bitmir. Həm də Riyaziyyat üzrə tanınmış repetitor və olimpiada hazırlığı həyata keçirən müəllimsiniz. Bir az fəaliyyətinizin bu tərəfindən danışaq:

-Əvvəlcə onu deyim ki, Riyaziyyat üzrə hazırlıqlara başalayanda düşündüm ki, mən hamının bildiyi müəllimlərdən olmayacağam. Dərsi elə aparacağam ki, şagird məndən çəkinməsin. Qərara gəldim ki, özüm bir növ, öz fərdi məktəbimi yaradacağam. Yaratdım da!

-Fərqli məktəb deyərkən?

-Əvvəlcə hazırlığa gələn şagirdləri siniflərə görə ayırdım. Bilirsiz ki, bir çox yerlərdə bu belə deyil. Müxtəlif siniflərə aid şagirdlərə eyni anda dərs keçilir. Daha sonra ayrılmış bu siniflərdə öz tədris qaydalarımızı tətbiq etməyə başladım. Hər bir sinif üçün ayrı ayrı proqramları və cəzalar tətbiq etdim.(gülür) Amma necə cəza?- uşaqların özlərinə belə xoş gələn “cəza”. Məsələn, bir mövzunu öyrənməyəndə ona əlavə mövzu, bir məsələni həll etməyəndə əlavə məsələ də verirdim. Uşaqlar da bunu artıq bilirlər. Yazmayıb gələndə əlavə yazı ilə yüklənirlər. Dərslərimiz çox maraqlı keçir. Uşaqlar həm öyrənir, həm də stress atırlar. Elə özləri də mənə deyirlər ki, başqa dərslərdə yoruluruq, amma sizin dərsinizdə beynimiz dincəlir, stress atırıq. Bu hadisə məktəbdə də olmuşdu. Gedib direktora demişdilər ki, xahiş edirik Aysel müəllimin dərs saatlarını artırın, biz onun dərsində dinlənirik.

Bax beləcə, bir sistem qurdum. Özümü burada formalaşdırandan, sonra ali məktəblərə qəbul imtahanlarına hazırlıqda uğur qazanandan sonra beyəlxalalq doğru yönəldim və beynəlxalq sistemi öyrəndim.

2013-cü ildə Rumıniyada, 2019-cu ildə isə Qazaxıstanda İNFOMATRİX- beynəlxalq olimpiadasında uğur qazanmışam. Bir neçə yetirməm buraxılış imtahanlarında riyaziyyat fənni üzrə yüz faizlik nəticə əldə edib.

Olimpiada hazırlığına gəlincə isə yetirmələrim həm Kenquru olimpiadalarında, həm də Respublika Fənn Olimpiadalarında yüksək yer qazanıblar.

Riyaziyyatla bağlı bir çox konfranslarda – istər yerli, istər beynəlxalq- iştirak etmişəm.

-AzEdu Təhsil Portalının müəllimlər arasında çox məşhur olan və hər il yüzlərlə müəllimin qatıldığı “İlin gənc müəllimi” müsabiqəsində də uğur qazanmısınız. Bu müsabiqənin finalçısı olmaq sizə nə qazandırdı?

- “İlin gənc müəllimi-2021”-də ilk onluğa düşəcəyimi heç gözləmirdim. Eşidəndə çox şad oldum. Özümü üzə çıxarmaq qabiliyyəti mənə bu müsabiqədən keçdi. Çünki orada müsabiqənin müxtəlif meyarları var idi. Nə yaxşı ki həmin meyarlar məni bir müəllim kimi özümü tanımağa kömək etdi. Müsabiqə nəticəsində nə yaxşı ki, bir çox müəllim dostları və Azedunu tanıdım.

Gələcək planlarımda elmi dərəcə almaq, kitab yazmaq var. Kitab üçün artıq əlyazmalar da var. Uşaqların daha rahat şəkildə öyrənmələri üçün çox vacib kitab olacaq. Elmi layihələrdə iştirak etmək və tanınmış riyaziyyatçı kimi bilinmək istəyirəm.

-Sizə gələcək işlərinizdə uğur arzulayırıq. AzEdu təhsil portalı olaraq dabütün uğurlarınızı işıqlandırmağa hazırıq. Amma gəlin, etiraf edək- sağlamlıq imkanları məhdud bir məktəbdə şagirdlərin sizə olan böyük sevgisinin özü də çox böyük uğurdu. Hər müəllimin, hər alimin qiptə edəcəyi bir uğur...

İnternat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılıb.

Bu barədə AzEdu.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, vakansiya seçimi avqustun 12-si saat 17:00-dək davam edəcək. Təhsil müəssisələri üzrə mövcud vakansiyalar namizədlərə cədvəldə (fotolar) təqdim olunur.

2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat II ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bildirilib ki, 2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 9415, rus bölməsi üzrə 620 olmaqla cəmi 12 min 232 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2197 yerdir. 4040 yer üzrə qəbul dövlət sifarişi əsasında aparılır.

Qeyd edək ki, iqtisadiyyat ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 13 yerin və menecment ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 12 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Xatırladaq ki, hər bir ixtisas üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı və dövlət sifarişinin yerinə yetirilməsində iştirak edən ali təhsil müəssisələrinin siyahısı və ayrı-ayrı ixtisasların ali məktəblər üzrə plan yerlərinin sayı, onların kodları, təhsil formaları (əyani, qiyabi) və təhsil haqqının məbləği “Abituriyent” jurnalının 2022-ci il 4-cü nömrəsində dərc olunub.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerlərinin olduğu nəzərə alınaraq yenidən sənəd qəbulu elan edilib.

AzEdu.az xəbər verir ki, sənəd qəbulu prosesi 10-25 avqust 2022-ci il tarixlərində həyata keçirilir.

Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.

Qeyd edək ki, Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib. Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.

2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində I ixtisas qrupu üzrə ümumilikdə 15 min 554 plan yeri ayrılıb.

AzEdu.az “Abituriyent” jurnalının 4-cü sayına istinadən xəbər verir ki, bu il I ixtisas qrupu üzrə ayrılan dövlət sifarişli plan yerlərinin sayı isə 11 min 500-dür.

Universitetlər üzrə ayrılan plan yerlərini təqdim edirik:

Bakı Dövlət Universiteti – 1400
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 2785
Azərbaycan Texniki Universiteti - 1855
Azərbaycan Memarlıq və İnşaat Universiteti – 1630
Azərbaycan Dövlət Pedaqoji Universiteti - 700
Azərbaycan Dövlət İqtisad Universiteti - 595
Bakı Mühəndislik Universiteti - 690
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - 30
“ADA” Universiteti - 280
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası - 110
Azərbaycan Turizm və Menecment Universiteti - 25
Milli Aviasiya Akademiyası - 379
Azərbaycan Dövlət Deniz Akademiyası - 185
Bakı Ali Neft Məktəbi - 230
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası – 40
Naxçıvan Dövlət Universiteti – 305
Naxçıvan Müəllimlər İnstitutu – 70
Azərbaycan Dövlət Aqrar Universiteti – 815
Gəncə Dövlət Universiteti – 280
Azərbaycan Texnologiya Universiteti - 500
Sumqayıt Dövlət Universiteti – 610
Mingəçevir Dövlət Universiteti – 425
Lənkəran Dövlət Universiteti – 580
Azərbaycan Kooperasiya Universiteti – 260
Azərbaycan Universiteti – 70
Qərbi Kaspi Universiteti – 190
Xəzər Universiteti – 250
Bakı Avrasiya Universiteti – 30
Bakı Qızlar Universiteti – 50
Odlar Yurdu Universiteti – 80
Bakı Biznes Universiteti – 50
“Naxçıvan” Universiteti – 55

Qeyd edək ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

AzEdu.az DİM Abituriyent jurnalının IV nəşrinə istinadən təhsil haqqı 1000 AZN olan ixtisasları təqdim edir

I ixtisas qrupu üzrə

Azərbaycan Dövləq iqtisad Universiteti

İnformasıya texnologiyaları-qiyabi zaqatala 10yer

Gəncə Dövlət Universiteti

Kompüter elmləri- əyani 15 yer
kimya mühəndisliyi- əyani15 yer
Ekologiya mühəndisliyi - əyani15yer

II ixtisas qrupu üzrə

Azərbaycan İqtisad Universiteti

Biznesin idarə edilməsi qiyabi-10yer
İqtisadiyyat qiyabi-10yer
Marketiq qiyabi-qiyabi10 yer
Mühasibat- qiyabi 10 yer
Turizim işinin təşkili-qiyabi 10 yer

III Qrup üzrə

Azərbaycan Dillər Universiteti

Dil və ədəbiyyat müəllimliyi (alman dili üzrə)-15 əyani
Dil və ədəbiyyat müəllimliyi (fransız dili üzrə)-15əyani
Xarici dil müəllimliyi alman dili-35 əyani
Xarici dil müəllimliyi fransız dili-35 əyani
Xarici dil müəllimliyi rus dili-15 əyani
Filologiya Alman dili və ədəbiyyatı-15 əyani
Filologiya fransız dili və ədəbiyyatı-15 əyani
Regionşünaslıq Almaniya üzrə-10 əyani
Regionşünaslıq fransa üzrə-10 əyani
Regionşünaslıq Ərəb ölkələri üzrə-10 əyani
Tərcümə az- alam dili 10 əyani
Tərcümə Azərbaycan-fransız10 əyani
Tərcümə Azərbaycan-Koreya 10 əyani
Tərcümə Azərbaycan-Ərəb 10 əyani

IV Qrup üzrə

Gəncə Dövlət Universiteti

Psixologiya-15əyani
Biyologiya-15əyani
Ekologiya-15əyani
Kimya-15əyani
Kimya müəllimliyi-15əyani

V Qrup üzrə

Gəncə Dövlət Universiteti

Məşqçilik-45 əyani

Məşqçilik-900 AZN10 yer qiyabi

AzEdu.az DİM Abituriyent jurnalının IV nəşrinə istinadən təhsil haqqı 1000 AZN olan ixtisasları təqdim edir

I ixtisas qrupu üzrə

Azərbaycan Dövləq iqtisad Universiteti

İnformasıya texnologiyaları-qiyabi zaqatala 10yer

Gəncə Dövlət Universiteti

Kompüter elmləri- əyani 15 yer
kimya mühəndisliyi- əyani15 yer
Ekologiya mühəndisliyi - əyani15yer

II ixtisas qrupu üzrə

Azərbaycan İqtisad Universiteti

Biznesin idarə edilməsi qiyabi-10yer
İqtisadiyyat qiyabi-10yer
Marketiq qiyabi-qiyabi10 yer
Mühasibat- qiyabi 10 yer
Turizim işinin təşkili-qiyabi 10 yer

III Qrup üzrə

Azərbaycan Dillər Universiteti

Dil və ədəbiyyat müəllimliyi (alman dili üzrə)-15 əyani
Dil və ədəbiyyat müəllimliyi (fransız dili üzrə)-15əyani
Xarici dil müəllimliyi alman dili-35 əyani
Xarici dil müəllimliyi fransız dili-35 əyani
Xarici dil müəllimliyi rus dili-15 əyani
Filologiya Alman dili və ədəbiyyatı-15 əyani
Filologiya fransız dili və ədəbiyyatı-15 əyani
Regionşünaslıq Almaniya üzrə-10 əyani
Regionşünaslıq fransa üzrə-10 əyani
Regionşünaslıq Ərəb ölkələri üzrə-10 əyani
Tərcümə az- alam dili 10 əyani
Tərcümə Azərbaycan-fransız10 əyani
Tərcümə Azərbaycan-Koreya 10 əyani
Tərcümə Azərbaycan-Ərəb 10 əyani

IV Qrup üzrə

Gəncə Dövlət Universiteti

Psixologiya-15əyani
Biyologiya-15əyani
Ekologiya-15əyani
Kimya-15əyani
Kimya müəllimliyi-15əyani

V Qrup üzrə

Gəncə Dövlət Universiteti

Məşqçilik-45 əyani

Məşqçilik-900 AZN10 yer qiyabi