Laçın şəhəri, Laçın dəhlizi və Zabux kəndi Azərbaycana təhvil verildikdən sonra bölgəyə gediş-gəlişdə mühüm dəyişikliklər baş verəcək. Çünki Laçın rayonuna bir neçə istiqamətdən yol gedir. Zabux, Güləbird istiqamətindəın çıxan yol Laçın rayon mərkəzinə daxil olur. Laçının mərkəzindən isə rayonun bütün ərazisinə Şimal-Qərb istiqamətindən, yaylaqlardan keçməklə Kəlbəcərə getmək mümkün olacaq.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, bölgədə yeni tuneller çəkilir:
"Kəlbəcərə Toğanalıdan və Daşkəsəndən yeni yolların çəkilişi gedir. Eyni zamanda Kəlbəcərdən Laçına keçən yeni gözəl yollar inşa edilir. Artıq Xankəndidən çıxıb Şuşa istiqamətində, Zabux çayından keçməklə Ermənistana daxil olacaq yolun çəkilişi yekunlaşır. Bu yolun inşası yekunlaşdıqdan sonra əvvəlki dədə-baba Şuşa-Laçın yolu açılacaq. Burada olan rus sülhməramlıları da yeni yola keçəcək”.
Millət vəkili deyib ki, Laçın dəhlizi bizim nəzarətimizə keçdikdən sonra Şuşadan çıxan maşınlar Laçından keçməklə Kəlbəcərə, oradan da Daşkəsən və Göygöl istiqamətinə hərəkət edə biləcək:
“Dövlət başçısı da qarşıya məqsəd qoyub ki, tez bir zamanda azad edilmiş ərazilərə yeni yollar çəkiləcək. Bu da bərpa-quruculuq və məskunlaşma üçün olduqca vacibdir”.
Elman Məmmədov hesab edir ki, bu gün Zabux kəndində yaşayan hansısa livanlı bir erməninin oradan çıxmamaqla bağlı dediyi sözlərin heç bir əhəmiyyəti yoxdur: “Çünki bu ərazilərin əsl sahibləri artıq öz yurd-yuvasına qayıdacaq”.
Dağıstanın Qarabudaqkənd rayonunda TIR tələbələrlə dolu olan mikroavtobusa çırpılıb. Qəza nəticəsində tələbə qızlardan 1-i həlak olub, daha 19-u yaralanıb.
Məlumata görə, tələbələr Çeçenistandan Dərbəndə diplom almağa yollanırmışlar. Yolda qızlardan biri özünü pis hiss edib, sürücü də avtobusu yolun kənarına çəkib. Ehtimal olunur ki, TIR sürücüsünün bir anlıq fikri dağılıb və qəza baş verib.
Tələbələrdən ikisinin hamilə olduğu vurğulanır.
Hadisə ilə bağlı yoxlamalara başlanılıb
Oxu.az
Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi iyul ayında planlaşdırılır.
10 noyabr birgə bəyannaməsində də göstərildiyi kimi tikilən alternativ yol Laçın şəhərinin özündən yan keçən avtomobil yolu olacaq. İndiki halda isə ermənilər Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Laçından keçmədən çəkilən alternativ yoldan isə həm azərbaycanlılar, həm də ermənilər istifadə edəcək. Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra, Laçın rayonunun bütövlükdə Azərbaycanın nəzarətinə verilməsi bizim üçün nəyi dəyişəcək?
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, bir neçə gündən sonra Azərbaycanın Laçın rayonu ərazisində Laçın dəhlizinə yeni alternativ yolun açılışı gözlənilir: "İyulun əvvəli üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən söz verilib. Həmin yol istifadəyə veriləndən sonra rus sülhməramlıları da həmin yola keçəcəklər. Dünən Paşinyanın Zabux və Laçından insanların köçürülməsi ilə əlaqədar dediyi fikir də, həmin o tarix, yol ilə bağlıdır.
Düzdür o yol ümumilikdə uzun yoldur. Amma yenilik o olacaq ki, həmin yolun başlanğıcında Azərbaycan ərazisinə daxil olan bütün avtomobillər, insanlar Dövlət Sərhəd xidməti və Dövlət Gömrük komitəsinin əməkdaşları tərəfindən yoxlanılacaq və onlara beynəlxalq hüquq normaları çərçivəsində ölkəyə giriş-çıxış icazəsi veriləcək. Axtarışdadırmı, gəlmə icazəsi varmı-yoxmu , bu kimi prosedurlar tətbiq olunacaq, yoxlayış həyata keçiriləcək. Ona görə də ermənilər bundan çox narahatdırlar. Bura Azərbaycana aiddir və Azərbaycanın xeyli müddətdir ki, bu yolun tikintisi ilə bağlı işlər gördüyünü ermənilər, seperatçılar da bilirdilər".
Hərbi ekspert qeyd etdi ki, bundan sonra həmin əraziyə hər kəs istədiyi kimi gəlib-gedə bilməyəcək: "Azərbaycan hər şeyə özü nəzarət edəcək. Əvvəlki qaydada Rusiya sülhməramlıları Azərbaycan vətəndaşı olmayan insanların gediş-gəlişini orada müşayət edəcək. Rusiya sülhməramlıları da əvvəlki keyfi görməyəcəklər. Azərbaycan ərazisinə daxil olanları Dövlət Sərhəd Xidmətinin əsgər və zabitləri yoxlayacaqlar, ondan sonra prosedur qaydalarına uyğun olaraq Rusiya sülhməramlıları onların hərəkətlərinə nəzarət edəcəklər. Hansısa bir konfliktin, münaqişənin baş verməməsi üçün diqqətli olacaqlar".
Ü. Cəfərov vurğuladı ki, Laçının boşalmış ərazilərinə Azərbaycan vətəndaşları sərbəst köçə biləcəklər və orada yavaş-yavaş bizim insanlarımızın yaşayışı nəticəsində həyat canlanacaq, bir qədər fərqli mənzərə olacaq: "Bu günə kimi olan bütün toqquşmalar həmin sülhməramlıların, dəhliz vasitəsilə gəlib-gedənlərin bəzi hallarda yetərincə yoxlanmaması hesabına baş verdi. Yaxın vaxtda biz tamamilə başqa bir mənzərənin şahidi olacağıq".
Volkswagen kommersiya avtomobilləri istehsal edən Volkswagen Commercial Vehicles şirkəti ID. Buzz elektrik furqonunun Almaniyanın Hannover şəhərindəki istehsalını dayandırmaq məcburiyyətində qalıb.Bullinin "batareyalı" varisinin istehsalına 2 iyun 2022-ci il tarixində başlanılıb, lakin, buna baxmayaraq, şirkətin gözlənilmədən yeni təchizatçı tərəfindən tədrük edilən batareyalar ilə bağlı problemləri yaranıb.
Bu barədə, Hannoversche Allgemeine Zeitung nəşri xəbər verir. Nəşrin məlumatına görə, istehsal “ən azı bir həftə” dayandıralacaqdır.
Volkswagen batareya modullarının defekti ilə üzləşib: onların səmərələliyi gərginliyin düşməsi səbəbindən elan edilmiş dəyərə uyğun gəlmir, nəticədə furqonun yürüş məsafəsi azalır. ID. Buzz furqonu üçün batareyaları yeni təchizatçı tədrük edir, lakin onun MEB modul platformasında inşa edilmiş digər modellər ilə əlaqəsi yoxdur. Bununla belə, Volkswagen tədarükçü barədə təfərrüatları açıqlamır.
Şirkət nümayəndəsinin sözlərinə görə, problem yalnız Hannoverdəki istehsala təsir edib. Yeni təchizatçının batareyalarının daha sonra digər modellərdə də istifadə ediləcəyi planlaşdırılsa da, indi Volkswagen bu planı təxirə salmaq məcburiyyətində qalacaqdır.
İyunun əvvəlindən bəri Hannoverdəki zavodun konveyer xəttindən təxminən beş yüzə yaxın ID.Buzz furqonu çıxıb. Bununla belə, InsideEVs nəşrinin məlumatına görə, hələlik onların bir nüsxə belə müştərilərə çatdırılmayıb ki, bu da problemli batareyaların dəyişdirilməsi işini xeyli asanlaşdırır.
Bu il Volkswagen Commercial Vehicles şirkəti təxminən 15 000 elektrik furqonunu istehsal etməyi, sonra isə yığım həcmini ildə 130 000 ədədə çatdırmağı planlaşdırır. ID. Buzz modelinə sifarişlərin qəbuluna may ayında başlanıb: yük versiyasının qiyməti 54 min avrodan (97 min manat), sərnişin versiyası isə 64 min (115 min manat) avrodan başlayır.
autograph.az
Müdafiə sənayesi sahəsində ixtisaslaşan "Lockheed Martin" şirkəti "Black Hawk" helikopterlərinin istehsalı üçün 2,3 milyard dollarlıq tenderi qazanıb.
Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pentaqondakı mənbəyə istinadla məlumat yayıb.
Bildirilir ki, müqaviləyə əsasən şirkət 120 ədəd "Black Hawk H-60M" helikopterini hazırlayacaq. Bundan əlavə, beşillik müqavilə orduya, ABŞ-ın digər qurumlarına və müttəfiqlərinə təqdim ediləcək əlavə 135 təyyarənin istehsalını ehtiva edir.
Bu, potensial ümumi müqavilə dəyərini opsionlarla 4,4 milyard dollara qədər artırır.
İsveçrənin “Henley Partners” şirkəti dünya ölkələrinin yeni pasport reytinqini açıqlayıb.
Fins.az xəbər verir ki, bu haqda Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, reytinq vizasız səfər meyarına əsaslanır.
“Reytinqə görə Yaponiya və Sinqapur pasportları 192, Almaniya və Cənubi Koreya pasportları 190, Finlandiya, İtaliya, Lüksemburq və İspaniya pasportları 189 ölkəyə vizasız giriş imkanı verir.
Ukrayna pasportu 143, Moldova pasportu 120, Rusiya pasportu 117, Gürcüstan pasportu 115, Türkiyə pasportu 110 ölkədə vizasız işləyir.
Belarus pasportu ilə 77, Qazaxıstan pasportu ilə 75, Ermənistan pasportu ilə 64 ölkəyə vizasız səfər etmək olar
Azərbaycan bundan öncəki reytinqdəki yerini saxlayıb, 75-ci yerdə qərarlaşıb, bizim pasportla 69 ölkəyə vizasız səfər etmək olar” ,- deyə Osman Gündüz qeyd edib.
Citroen şirkətinin premium sub-brend olan DS Automobiles markası 7 indeksli (əvvəllər bu model 7 Crossback adlanırdı) yenilənmiş krossoveri təqdim edib. Model Aero Sport Lounge konsepti və son DS 4 üslubunda yeni dizayna sahib olub, habelə fəaliyyət məsafəsi 380 metrə qədər artırılmış DS Pixel Led Vision 3.0 matrisa fənərlərini əldə edib. DS 7 modelinin rəqibləri “alman üçlüyünün” yığcam krossoverləri - BMW X1, Mercedes-Benz GLA və Audi Q3 modelləridir.
Əsas yeniliklər arsında ölçüləri böyüdülmüş radiator barmaqlığı, firma DS Light Veil gündüz hərəkət işıqları, yeni dizaynlı 19 - 21 düymlük təkər diskləri və yeni baqaj qapağı var. Yeni qapıdakı DS Automobiles yazısı əvvəlki Crossback yazısını əvəz edib. Yuxarıda göstərilənlərə əlavə olaraq, DS 7 modelində xrom dekordan imtina edilib.
Salonda tərtibatın keyfiyyəti yaxşılaşıb (nappa dərisi və alkantara), multimedia sistemi yeni interfeysə sahib olub, ekran ölçüsü isə dəyişməz qalıb və 12 düymdür.
Modelin avadanlıq siyahısına DS Night Vision gecə görmə sistemi, yol şəraitinə avtomatik uyğunlaşan aktiv DS Active Scan Suspension asqısı,ikinci səviyyə avtonomluğu təmin edən DS Drive Assist sistemi(adaptiv kruiz-kontrol və avtomobili hərəkət zolağında saxlama sistemi) və DS Driver Attention Monitoring sistemi daxildir. Sonuncu iki kameranın köməkliyi ilə sürücünün vəziyyətinə nəzarət edir.
Avropada DS 7 modeli üç hibrid versiyada əlçatandır və onların hamısı plagin hibriddir. Ön ötürməli DS 7 E-Tense 225 modifikasiyası 180 at qüvvəli turbomühərrik və 110 at qüvvəli elektrik mühərriki ilə təchiz edilib.
Tam ötürməli iki versiya var: DS 7 E-Tense 4x4 300 və DS 7 E-Tense 360. Artıq anladığınız kimi, indeksdəki rəqəmlər hibrid qurğuların gücünü göstərir.
DS 7 E-Tense 360 versiyası DS Performance bölümü tərəfindən hazırlanıb və güclü qurğu ilə yanaşı, 21-düymlük Brooklyn təkər diskləri və 380-millimetrlik ön əyləc diskləri, habelə azaldılmış kliresni olan yenidən tənzimlənmiş asqı ilə öyünə bilər. Belə krossover 100 km/saata 5,6 saniyəyə sürətlənir.
Versiyadan asılı olmayaraq, hibridlər 14,2 kilovat-saatlıq batareyalar ilə təchiz edilir. Batareyanın enerjisi sırf elektrik ötürməsi ilə 65-81 kilometr(hərəkət şəraitindən asılı olaraq) məsafə qət etmək üçün kifayət etməlidir.
Elektrikləşdirilməmiş modifikasiyalar da var: bunlar 130 at qüvvəli BlueHDi turbodizeli, habelə 130, 215 və ya 225 at qüvvəsi hasil edən PereTech benzin mühərrikləri ilə təchiz edilmiş versiyalardır.
DS 7 Crossback 2017-ci ildə debüt edib, ona görə də, bu feyslift onun üçün bir ilkdir. Modelin istehsalı Fransanın Müluz şəhərindəki zavodun müəssisələrində təşkil olunub.Bir sıra ölkələrdə artıq DS 7 krossoverinə sifarişlər qəbul olunur. Yenilənmiş modelin satışlarına sentyabr ayında başlanacaqdır.
autograph.az
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdə ("Azərkosmos") ”Virtual Azerbaijan Group of Companies”in təşəbbüsü ilə Fransanın “BRL Ingénierie” şirkəti ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.
Bu barədə ''Avtosfer.az'' a qurumdan məlumat verilib.
“BRL Ingénierie” su, ətraf mühit və torpaqdan istifadənin regional idarə olunması ilə sahələrində ixtisaslaşmış və mühəndislik xidmətləri təklif edən beynəlxalq konsaltinq şirkətidir. Görüş Azərbaycanda su ehtiyatları, yeraltı və yerüstü suların təyini və qiymətləndirilməsində müasir texnologiyaların istifadəsinə həsr olunub. Görüşdə "Azersky" peykinin təsvirlərindən istifadə etməklə ənənəvi üsullardan fərqli olaraq ölkəmizdə su ehtiyatlarının səmərəli metodlar vasitəsilə kompleks qiymətləndirilməsi üzrə təkliflər səsləndirilib.
"Azersky" peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə su ehtiyatlarının yerini 80-95 % dəqiqliklə təyin etmək mümkündür. Bu da öz növbəsində su ehtiyatları və onların səmərəli istifadəsi imkanlarını yaradır.
Azərbaycan televiziya məkanında ilk dəfə olaraq “Xəzər TV”-nin efirində yapon kinematoqrafçılarının ərsəyə gətirdiyi “Naoki Hanzava” serialının yayımına başlayıb.
Avtosfer.az xəbər verir ki, “Xəzər Media Mərkəzi”nin mətbuat xidmətindən verilən məlumata görə, serial uğurlu bank işçisinin həyat hekayəsindən bəhs edir. Daim irəli gedən gəncin əslində planları başqadır: o atasının intiqamını almaq istəyir. Dünyaşöhrətli bir serialın Azərbaycan teleməkanında efirə çıxmasının tamaşaçıların da ürəyincə olacağına ümid edilir. Ağlasığmaz zəka oyunları, həyəcanlı, mübahisə və mübarizə hissələri ilə bol “Naoki Hanzava” serialı Yaponiyada reytinq fenomenidir.
Bu il Azərbaycan - Yaponiya diplomatik münasibətlərinin 30 illik yubileyidir və bu münasibətlə bir neçə layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı ətraflı məlumat verən “Xəzər TV" Baş prodüseri Toğrul Məmmədov bildirib ki, Yaponiyanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq müqavilə və lisenziya əsasında həyata keçirilir: “Yaponiyada lisenziyalar dövlət qurumunda olur və “Japan Foundation” şirkəti bu lisenziyanı o qurumdan 3 illik “Xəzər Media Mərkəzi”nə verilməsini təmin edib. Bu ilin əvvəllərindən isə bizə göndərilən materialların dublyaj prosesinə başlanılıb”.
Toğrul Məmmədov onu da əlavə edib ki, prosesin asanlaşdırılması üçün “Naoki Hanzava” serialı dilimizə yapon dilindən deyil, ingilis dilindən tərcümə olunub.
Filmin dublyaj prosesi “Xəzər Media Mərkəzi”ndə Azərbaycanın Xalq artisti Sabir Məmmədov, Emin Nəsirli, Ofeliya Novruzqızı, Məsmə Aslanqızı və başqalarının iştirakı ilə həyata keçirilib.
Yaponiyanın Azərbaycandakı Səfirliyindən “Xəzər Media Mərkəzi”nə təqdim olunan filmlərin arasından müasir bank sektoruna uyğunluğu, korporativ münasibət və etik davranışları əks etdirdiyinə görə “Naoki Hanzava”seçilib: “Yaponlar daha çox öz irs və mədəniyyətlərini əks etdirən filmlərə üstünlük verirlər. Biz “Naoki Hanzava” filmini həm də formatının müasir tələblərə uyğun olduğu üçün seçdik”.
Subaru Yaponiya bazarında satılan Forester krossoverinin yeni versiyasını təqdim edib. O, STI Sport adlanır və amplitudadan asılı olan ön amortizatorların, həmçinin xüsusi eksteryer və interyer tərtibatının olması ilə seçilir. İstehsalçının fikrincə, belə krossover idarəetmədə heç də idman sedanında geri qalmır və onun satışlarına yayın sonunda start veriləcəkdir.
Subaru Forester STI Sport krossoverindəki əsas yeniliklər STI departamentinin sazlamaları olan Hitachi Astemo SFRD amplitudadan asılı ön amortizatorlar və yenidən işlənilmiş arxa dayaqlardır. Krossover əvvəlki kimi 177 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən 1,8-litrlik turbomühərrik, Lineartronic variatoru, firma “simmetrik” tam ötürücü ilə təchiz olunub, lakin o, idman sedanı kimi idarə olunur. Zahirən “idman” krossoverini qara dekor elementləri, STI nişanlaarı və xüsusi dizaynlı 18-düymlük təkər diskləri sayəsində tanımaq olar.
Salon ikirəngli nappa dərisi (qara və tünd qırmızı) üzlənib, qara parlaq örtmələr və cihazlar paneli, sükan və oturacaqlarda qırmızı tikişlərlə bəzədilib. Üstəlik, krossover cihazlar panelinin idman şkalalarına sahib olub. Əlavə ödəniş müqabilində, Forester STI Sport elektrik ötürməsi olan baqaj qapısı və avtomatik əyləcləmə, arxa çarpaz hərəkətə nəzarət və zolaq saxlama funksiyaları da daxil olan EyeSight Safety Plus təhlükəsizlik sistemləri kompleksini sifariş etmək mümkündür.
Yaponiyada Forester qiymətləri 2.937.000 yendən (26.885 manat), Sport təchizatının qiyməti isə, 3,300,000 yendən (41.440 manat) başlayır. Odur ki, Forster STI Sport bir qədər baha olmalıdır. İlkin məlumata görə, idman krossoverinin satışlarına avqustun 25-də başlanılmalıdır.
autograph.az
Avropa Birliyinə daxil olan ölkələrdə 2025-ci ilə kimi benzin və dizel yanacağı ilə işləyən avtomobillər satış və istismardan yığışdırılacaq. Bu yanacaqla işləyən maşınların satışı qadağan olunacaq.
Avtosfer.az xəbər verir ki, 2035-ci ildən bu ölkələrdə ancaq elektrokar - elektriklə işləyən avtomobillər almağa icazə veriləcək.
Hibrid maşınlardan da istifadəyə icazə veriləcək, amma yeni maşınlar yalnız elektrokarlar olacaq.
Bakupost.az
“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva turizmin inkişafı üçün çox işlər görüb”.
Bunu İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 11-ci sessiyasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin 55%-i islam ölkələrinin payına düşür. Bunula belə, koronavirus (COVID-19) pandemiyası bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da turizmə mənfi təsir edib.
“Pandemiyadan sonra ölkəyə gələn turistlərin sayı artmaqda davam edir. Təkcə bu ilin ilk 5 ayında ötən illə müqayisədə turisltərin sayı 118% artıb. Biz istəyirik ki, Azərbaycan ən yaxşı turist destinasiyalardan birinə çevirək. İşğal dövründə Ermənistan Azərbaycan torpaqlarını dağıntıya məruz qoyub. Amma sabah siz Şuşaya səfər edəcəksiniz və görəcəksiniz ki, burada necə quruculuq işləri gedir”, - o əlavə edib.
Bakı küçələrində işıq dirəkləri ölüm saçır. Paytaxtın bir çox küçə və prospektlərində işıq dirəklərində elektrik naqilləri açıq şəkildə saxlanılıb. Məsələn, paytaxtın İslam Səfərli küçəsindəki işıq dirəklərində elektrik naqilləri izolyasiya edilsə də, müvafiq qaydada dirək daxilinə yerləşdirilib üzəri qapanmalı idi. Lakin təəssüf ki, fakt bunu demir.
Oxşar mənzərə bir sıra digər küçələrdə, eləcə də Salatın Əsgərova küçəsində də müşahidə edilir. Ərazidən keçənlər ehtiyatsızlıqdan həmin naqillərə toxunsalar, bədbəxt hadisələr qaçılmaz ola bilər.
Bu vəziyyət xüsusilə də uşaqlar üçün təhlükəlidir. Sözügedən küçə Xarici İşlər Nazirliyindən bir tin o tərəfə düşür. Mümkün deyil ki, aidiyyəti qurumların əməkdaşlarından heç olmasa bir nəfər, təsadüfən də olsa, bu küçədən keçməsin və mənzərəni görməsin.
Oxu.az sözügedən məsələ ilə bağlı lentə aldığı kadrları təqdim edir:
Ermənistan, Azərbaycan və Rusiya baş nazirləri müavinlərinin iştirakı ilə regional kommunikasiyaların açılması üzrə işçi qrupu bir çox məsələlərdə, xüsusən də sərhəd və gömrük nəzarəti ilə bağlı İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bilib. Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib. “Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətini konstruktiv hesab edirəm. Bu, əlbəttə ki, çətin işdir, lakin qeyd etməliyəm ki, tərəflər sərhəd və gömrük nəzarəti ilə bağlı, eləcə də vətəndaşların, nəqliyyat vasitələrinin, yüklərin Ermənistan və Azərbaycan ərazilərindən avtomobil, həmçinin dəmir yolları ilə təhlükəsiz keçidi kimi bir çox məsələlərdə mövqelərini yaxınlaşdıra bilib.
Ermənistan baş naziri müavininin sözlərinə görə, ekspert alt qrupları hazırda avtomobil və dəmir yolu infrastrukturlarının bərpası və sonrakı istifadəsi ilə bağlı məsələlərin öyrənilməsini davam etdirirlər.
Mənbə: Sputnik Armenia
“Ukrayna "Bayraktar" zərbə pilotsuz təyyarələrinin ən böyük alıcılarından birinə çevrilib. Biz indiyədək 50-yə qədər PUA almışıq”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, "Baykar Makina” şirkəti artıq ikinci dəfədir Ukraynaya silahlarını tamamilə pulsuz verir: "Bayraktar”lar Ukrayna Silahlı Qüvvələrinin silah arsenalının “hörmətli üzvü”dür".
O.Reznikov həmçinin bildirib ki, iyulda Ukraynaya yeni PUA-lar veriləcək.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ilk zərbə dronlarını hələ 2021-ci ilin iyulunda alıb.
“Report”
Xəbər verdiyimiz kimi, müğənni Lətifə Soyuöz “Xəzər” TV-nin efirində özünə məxsus avtomobilin nömrəsinin 170 000 manat olduğunu söyləyib.
Qeyd edək ki, Azərbaycanda avtomobil nömrələrinin fərdi şəkildə satılması heç kimə sirr deyil. Dövlətə məxsus nömrələrin maksimim qiymətinin 3000 manat olduğu halda, internetdə bundan dəfələrlə yüksək qiymətə satıldığını görmək mümkündür.
Bəs Dövlət Yol Polisinin “Dövlət rüsumu haqqında” qanuna əsasən satmalı olduğu maşın nömrələri necə olur ki, dövlət rüsumundan baha və həmçinin fərdlər tərəfindən satılır? 170 min manata nömrə satılması mümkündürmü?
Redaktor.az mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyevin münasibətini öyrənib. “Avtomobil nömrəsi texniki avadanlıq deyil ki, “qara bazar”da satılsın. Müğənninin o qiymətə nömrəni necə əldə etdiyini biz bilmirik”, - deyə o bildirdi.
Məsələ ilə bağlı saytımıza danışan nəqliyyat eksperti Elməddin Muradlı isə bildirdi ki, Azərbaycanda fiziki şəxslər tərəfindən avtomobil mömrələrinin satışı həyata keçirilir. “Azərbaycanda nömrə alveri gedir və bunu fərdi şəxslər həyata keçirir. Onların da marağı özləri üçündür. Məsələn, kimsə maşını satır, maşının üstündəki nömrə ilə özündən qiymət müəyyən edir. Satıcı bildirir ki, istəyirsən bu qiymətə al, istəmirsən bron etdirirəm”.
Ekspert qeyd etdi ki, Azərbaycanda nömrəyə bu qədər pul verən insanlar olur, amma bu şou-biznes əhli bir az şişirtməyə meyllidir. “Həmin xanımın avtomobil nömrəsi bizim araşdırma nəticəsində məlum oldu ki, “085”dir. Bu nömrənin əvvəlki rüsumu 22 manat idi, indi 30 manatdır. Bu adam necə şişirdir ki, mənim maşınımın nömrəsi 170 000 manatdır? Efirə çıxıb ağızlarına gələni danışırlar. Hazırda efirdə danışılacaq daha ciddi mövzular var, nəinki kiminsə paltarının, maşın nömrəsinin qiyməti. Bu mövzular cəmiyyətdə heç kimə lazım deyil, sadəcə özlərini reklam edirlər”,- deyə ekspert əlavə etdi.
Elməddin Muradlının sözlərinə görə, nömrə üzərindən manipulyasiya heç də ürəkaçan bir şey deyil:
“Bu gün nömrəyə kim 170 000 verirsə, bu şəxs, deməli israfçı adamdır. 170 000-ə nömrə satan da yol polisi deyil. Hansısa fərdi şəxslərdir, internetdə açıq şəkildə satış həyata keçirirlər. Bu belə olmalı deyil, yol polisi bu məsələdə gecikir. Fərdi şəxslərin nömrələri alqı-satqı etməsi yığışdırılmalıdır. Nömrəni yalnız yol polisi sata bilər”.
Qeyd edək ki, Azərbaycanda avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üzrə dövlət rüsumlarının məbləği “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir.
Qanuna əsasən rüsumlar dövlət nömrə nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə müəyyən edilib.
Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün
- müxtəlif seriya - 2000 manat;
- eyni seriya - 3000 manat;
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün
- müxtəlif seriya - 1500 manat;
- eyni seriya: 2000 manat;
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün
- müxtəlif seriya: 1000 manat;
- eyni seriya: 1500 manatdır.
Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə isə 30 manat rüsum müəyyənləşib.
Hər kəs yay fəslinin gəlişini səbirsizliklə gözləyir. Uzun ayların iş gərginliyini atmaq üçün kimsə bölgələrə üz tutmağa üstünlük verirsə, xüsusən gənclər bu imkandan xarici ölkələri görmək, gəzmək məqsədilə yararlanmaq istəyirlər.
İstənilən səyahət birbaşa büdcədən asılı olan məsələdir. İl ərzində səyahət büdcənizi toplayaraq planlarınızı gerçəkləşdirə bilərsiniz.
Ötən iki il ərzində koronavirus pandemiyası bir çox səyahətsevərin yay planlarını pozdu. Amma indi şərait bir qədər yumşalıb, səyahət etmək yenə də öz əlimizdədir.
İsti yay günlərindən qaçıb, vaxtımızı ən ucuz və sərfəli şərtlərlə necə maraqlı keçirə bilərik?
Tez-tez səyahət edənlərə ən çox verilən suallardan biri də “bu qədər səyahət xərclərini necə qarşılayırsınız?” sualı olur. Həqiqətən də, tez-tez səyahət etmək kifayət qədər xərcli işdir, xüsusilə də digər ölkələrə səyahət edirsənsə. Amma ölkə daxilində gəzmək nisbətən daha sərfəli başa gəlir.
Eyni zamanda, istər ölkədaxili, istərsə də xarici səfərlərdə turistlərlə həmsöhbət olan zaman növbəti dəfə bir başqa səfərinizi necə daha ucuz edə biləcəyinizə dair maraqlı məlumatlar əldə etmiş, öyrənmiş olursunuz.
Bəs ən qısa zamanda, ən sərfəli səyahət üçün nə etmək lazımdır?
Məsələ ilə bağlı sınanmış məsləhətləri almaq istədik. Mövzu ilə əlaqədar Oxu.Az-la fikirlərini bölüşən Ağa Mehtiyev 170 kilometr məsafəni səkkiz günə qət etmişdi.
A.Mehtiyevin sözlərinə görə, səyahət özlüyündə böyük bir prosesdir və burada bilik əldə etməklə yanaşı, biznes ideyalarını da inkişaf etdirmək mümkündür:
“Bu günə qədər istirahət üçün Türkiyə ərazisini seçənlərə tövsiyəm bu dəfə Xorvatiyanı dəyərləndirmələridir. İstirahət üçün maddi durum icazə verirsə, Xorvatiyanın Dubrovnik, Split və digər ərazilərinə gedə bilərlər. Monteneqro da tarixi yerləri sevənlər üçün ideal seçimdir. Orada fərqli-fərqli adalar, sahillər var ki, yayı daha məhsuldar keçirə bilərlər”.
Maddi durum baxımından çətinlik çəkənlər üçün isə ölkə daxilində istirahət seçimlərinin daha münasib olduğunu deyən A.Mehtiyev bu il xarici ölkələrə təşkil olunan istirahət turlarının həddən artıq bahalaşdığını bildirib:
“Keçən həftə Türkiyənin İstanbul şəhərində və Gürcüstanda, Tbilisidə oldum. Biletlər həddən artıq bahadır. Bu il Bakıda dəniz yaxınlığında kirayə mənzillərlə maraqlansınlar. Eyni zamanda regionlarda da icarəyə ev götürmək və daha keyfiyyətli istirahət etmək mümkündür”.
Mövzu ilə əlaqədar sosial şəbəkə istifadəçilərinin də rəylərini öyrəndik. Bir qrup Türkiyəyə Naxçıvandan keçərək İğdır vilayətindən gedilməsinin daha münasib qiymətə başa gəldiyini deyir. Digər qrup isə biletlərin aylar əvvəl alınmasını tövsiyə edir. Lakin məlum pandemiya vəziyyəti bu kimi planların gözlənilmədən ertələnəcəyi riskini artırdığı üçün onu da dəyərləndirmək olmur.
Necə deyərlər, “soğan olsun, nağd olsun”. Odur ki, sosial şəbəkə istifadəçilərinin ümumi rəylərindən bu nəticəyə gəlmək olar ki, bu il istirahət edənlərin əksəriyyəti regionlara üz tutacaq.
Qiymət məsələsinə gəldikdə isə, xarici ölkələrə üz tutanlardan əksəriyyətinin Türkiyəyə üstünlük verməsi ilə bağlı kiçik araşdırma etdik. Türkiyədə bir nəfərin normal həftəlik istirahət paketi 1500-1800 dollar arasında dəyişir. Hazırkı valyuta məzənnəsi ilə bu, 2550 AZN edir. Ailə ilə istirahətə gedənlər üçün təbii ki, bu məbləğ çox bahadır. Lakin 2550 AZN ilə bir ailə Azərbaycanın istənilən bölgəsində icarəyə verilən evlərdə rahat istirahət edə bilər. Bölgələrdə evlərin günlük icarə haqları 30 manatdan 250 manata qədər dəyişir. Villalar isə 300 manatdan yuxarı qiymətlərə təklif edilir. Qiymətlər evin təchizat məsələsindən asılı olaraq dəyişir.
Araşdırmadan belə qənaətə gəldik ki, məşhur deyimdəki “qərib ölkə” xəyallar üçün yaxşı olsa da, orada gəzmək ailə büdcəsi üçün fəlakətdir.
İstənilən halda hər kəsə xoş istirahətlər arzu edirik...
Hollivud ulduzu Ben Aflekin oğlu “Lamborghini”yə minərək başqa avtomobilə çırpılıb.
On yaşlı Samuel atası və müğənni Cennifer Lopezlə birlikdə Los-Ancelesdəki avtosalonlardan birinə gedib.
Lopez arxa oturacaqda olarkən, uşaq sükan arxasına keçib. Semuel bilmədən avtomobili arxa sürətə keçirib və qaza basaraq arxada dayanmış BMW-yə çırpılıb. İnsident zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, Samuel Ben Afflekin aktrisa Cennifer Qarnerlə evliliyindən olan oğludur. Ulduzlar 2003-cü ildə çəkilmiş “Daredevil” filminin çəkiliş meydançasında tanış olub, 2005-ci ildə evləniblər. On illik evlilik zamanı onalrın üç övladı dünyaya gəlib. 2017-ci ilin aprelində cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.
oxu.az
Bu gün paytaxtda çoxmərtəbəli binaya bitişik yarımtikilidə yanğın baş verib.
FHN-dən Avtosfer.az-a bildirilib ki, yanğın nəticəsində 19 mərtəbəli yaşayış binasının ərazisində 10 kvadratmetr sahə yanıb:
“Eyni zamanda, sahədə məişət tullantıları, yaxınlıqda sahəsi 20 kvadratmetr olan vinil materialdan ibarət reklam lövhəsi, “BMW” və “Hyundai” markalı minik avtomobillərinin ön hissələri yanıb. Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər nəqliyyat vasitələri və bina yanğından mühafizə olunub. Yanğın qısa zamanda söndürülüb”.
Yanan avtomobillərin videosunu təqdim edirik:
Nərminə Əli
Bakı küçələrində işıq dirəkləri ölüm saçır.
Oxu.Az-ın məlumatına görə, paytaxtın bir çox küçə və prospektlərində işıq dirəklərində elektrik naqilləri açıq şəkildə saxlanılıb. Məsələn, paytaxtın İslam Səfərli küçəsindəki işıq dirəklərində elektrik naqilləri izolyasiya edilsə də, müvafiq qaydada dirək daxilinə yerləşdirilib üzəri qapanmalı idi. Lakin təəssüf ki, fakt bunu demir.
Oxşar mənzərə bir sıra digər küçələrdə, eləcə də Salatın Əsgərova küçəsində də müşahidə edilir. Ərazidən keçənlər ehtiyatsızlıqdan həmin naqillərə toxunsalar, bədbəxt hadisələr qaçılmaz ola bilər.
Bu vəziyyət xüsusilə də uşaqlar üçün təhlükəlidir. Sözügedən küçə Xarici İşlər Nazirliyindən bir tin o tərəfə düşür. Mümkün deyil ki, aidiyyəti qurumların əməkdaşlarından heç olmasa bir nəfər, təsadüfən də olsa, bu küçədən keçməsin və mənzərəni görməsin.
Oxu.Az sözügedən məsələ ilə bağlı lentə aldığı kadrları təqdim edir: