Avro Zonada iqtisadi inam rekord vurdu

Avro Zonada iqtisadi inam bu vaxta qədərki ən yüksək səviyyəyə çatıb.

Valyuta.az Banco.az-a istinadla bildirir ki, Avro Zonada iqtisadi inam indeksi karantin tədbirlərinin yumşaldılması və iqtisadiyyatların yenidən canlanması ilə 119-a yüksəlməklə rekord vurub.

İyun ayında 117.9 punkt ilə ötən 21 ilin maksimumuna çatan indeks iyulda da bu artım tendensiyasını davam etdirməklə 119-a qalxıb. Pandemiya dövründə kəskin geriləyən xidmət sektoru üzrə inam da avqust 2007-dən bəri müşahidə edilən ən yüksək səviyyəyə çatıb.

Qeyd edək ki, koronavirusun Delta ştammına yeni yoluxma sayının kəskin artmasının növbəti aylarda iqtisadi inama mənfi təsir göstərəcəyi gözlənilir.

Mənbə:
0
70
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar