Ermənistan rəhbərliyi üçün beynəlxalq hüquq normalarını çeynəmək adət halını alıb. İş burasındadır ki, təcavüzkar öz qanunlarını da çirkin əməlləri üçün ayaqlar altına almaqdan çəkinmir. Qeyri–qanuni məskunlaşdırma Ermənistan qanunvericiliyində də cinayət sayılsa da, Rəsmi İrəvan öz qanunlarına belə tabe olmaqdan boyun qaçırır. Beynəlxalq təşkilatlar isə təbii ki, bu qanunsuzluğa göz yumurlar.

ATV.az

Yeni növ koronovirus pandemiyası dövründə, üstəlik payız mövsümündə pəhriz təhlükəli ola bilər. Mütəxəssilər bildirir ki, idman zallarının bağlı olduğu bir vaxtda arıqlamaq üçün sırf pəhrizə üz tutanların sayı bir xeyli artırıb. Lakin bu addım immun sisteminin zəifləməsinə gətirib çıxarır ki, nəticədə isə covid-19 a yoluxma riski artır.

ATV.az

Növbəti süjetimizdə çay daşları üzərində sənət əsərləri yaradan sənətkarı tanıyacaqsınız. Nadir sənət növü ilə məşğul olan Ədalətin əsərləri ölkəmizdə, həmçinin Beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilib, mükafatlara layiq görülüb.

ATV.az

Son zamanlar bu qəsəbənin adını tez-tez eşidirsiniz. Sosial şəbəkələr bu ekzotik məkanda çəkilmiş fotolarla doludur. Gənclər sanki Balaxanıda foto çəkirmək yarışına girişiblər. Həftənin bazar günü yolumuzu Balaxanıdan saldıq. Gördüklərimizi sizinlə də bölüşürük.

Balaxanı bala və xana sözlərindən ibarət olub, bala böyük və ya hündür, xana isə ev mənasını verir. Balaxana karvansarayların giriş qapılarının üstündəki kiçik otaqlara deyərlərmiş. Hazırda bu cür kiçik otaqlardan Atəşgahın və Səngəçaldakı 15 əsr karvansarayının qapısının üstündə qalıb. Balaxanı insanların yaddaşında neft bumu ilə qalsa da, son illər daha çox yaxınlıqdakı zibil paleqonu ilə xatırlanırdı. Lakin bu artıq keçmişdə qaldı. Zibil paleqonu müasir zovada, Balaxanı qəsəbəsinin küçələri isə Avropa turizm marşrutlarını xatırladır.

atv.az

Ağsuda pambıq məhsulunun yığılıb məntəqələrə təhvil verilməsi prosesinə başlanılıb. Cari ildə rayonda 600 hektar sahədə pambıq yetişdirilib. Məhsulun təqribən 70 faizi maşın, qalan hissəsi isə əllə toplanacaq. Bu məqsədlə hələlik 3 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib. Məhsulun yığılıb təhvil verilməsi üçün 600 nəfərədək işçi qüvvəsi cəlb olunub. Ümumilikdə Ağsu rayonunda pambıqçılıqla məşğul olan 37 fermer təsərrüfatı vardır ki, onlar da məhsul istehsalı ilə əlaqədar MMC ilə müqavilə bağlayiblar.

Elçin Məmmədov - AĞSU DAİM-in direktor müavini

Fermerlərə aqrotexniki qaydaların aparılması barədə tövsiyələr verilibdəstək göstərilmişdir. Bütün sahələrdə aqrotexniki qaydalar lazımi səviyyədə aparılıb. Sahələrdən bol məhsul gözlənilir. Biz bundan sonra da fermerlərə dəstək olacağıq, onlara köməklik edəcəyik və pambığı vaxtında itkisiz yığıb məntəqəyə təhvil verməsinə onlara köməklik göstərəcəyik.

Orxan Məmmədov - MMC-nin direktoru

Məntəqəyə ilkin olaraq pambıq gəlir, pambıq tərəzidə çəkildikdən sonra onun zibilliyi, nəmliyi hesablanır, Çəkidən sonra həmin pambıq taylara vurulur, texnikanın boş çəkisi çəkildikdən sonra fiziki çəkib pambıq hesablanır və laborotoriya tərəfindən nəmlikdən zibillikdən çıxmış kütlədən biz xam pambıqdan kondisiya kütləni əldə edirik.

Nəzakət Abuzərova - fermer

Hektar əkmişəm, Şükür yaxşıdır, pambığımız da, məhsulumuz da yaxşıdır. Həm də özüm mexanizatoram, özüm əkmişəm, özüm də gətirmişəm təhvil verməyə, İnşallah arası gözləyirik. Hektarın yığmışam, 3 ton gətirmişəm, yerində çəkiblər, haqqımızı da ödəyiblər, hər şey də yolundadı

atv.az

Xaçmazın ucqar kəndlərində gözəllik salonu olmasa da, o gözəlliyi evlərə gətirən bərbər xanım var. Belə ki, saç ustası işləyən xanım öz velosipedi ilə evlərə gedərək səyyar xidmət göstərir. O, bu xidməti ilə həm qadınları gözəlləşdirir, həm də özü üçün qazanc əldə edir. Növbəti süjetimizdə Leyla Fətəliyevanı yaxından tanıyacağıq.

Velosipeddən adətən nə üçün istifadə edirik? Ya sağlıq üçün ,ya yolumuzu qısaltmaq üçün, amma xaçmazın şəhər və kəndlərində küçələrdə düz bir ildir gördüyümüz bu xanım bərbərlik etmək üçün velosipeddən istifadə edir ..

Xaçmazda onu səyyar xidmət göstərən velobərbər kimi tanıyıb sevirlər. 3 övlad anası olan Leyla bu işin qazanc gətirməsiylə yanaşı, həm də qadınların üzündəki məmnunluq hissinin ona sevinc bəxş etdiyini söyləyir. O, gözəllik salonu olmayan ən ucqar kəndlərdə belə öz xidmətini göstərir.

Leyla Fətəliyeva - velobərbər

Mən işdən çıxmalı oldum. Bir neçə iş yeri dəyişdim.Sonra mənə müştərilərim tez-tez zəng edirdi ki, hara gələk? Hansı salondasan? Azyaşlı uşaqları olan, salon xidmətlərindən yararlana bilməyən xəstə xanımlar,Həmdə ,ailə başçısını itirən, yataq xəstəsi olan xanımlara ,uşaqlara mən təmənnasız xidmət göstərirəm

Milarə Abbasova -müştəri

68 yaşım var ,salona getməyə bəzən tənbəllik edirəm,bəzən tələsik işim olur yaxşıki leyla var bizi vəziyyətdən cıxarır,bütün xanımlara baxımlı olmağı arzu edirəm

Leyla Fətəliyeva - velobərbər

Velobərbər həm də salon kimi fəaliyyətə başlayandan sonra xanımlar da məni qəbul eləməyə, sevməyə başladılar Hətta xanımlar olur ki, müraciət edirlər ki, mən öyrənmək istəyirəm, gəl bizi də öyrət

Leyla Fətəliyeva sahibkar qadınlara dəstək proqramlarında da iştirak edir. Biznes layihələrə, təlimlərə qatılır və özünü təkmilləşdirməyə davam edir.

atv.az

Şəkinin Qoxmuq kəndində Məmməd Seyidova məxsus fərdi yaşayış evi yanıb.

Ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları əşyaları ilə birgə yanaraq külə dönüb. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb. Evə bitişik talvar yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

atv.az

Hazırda bu il paytaxtda inşa edilən sayca 4-cü piyada keçidindəyik. Bu keçid həm görkəminə, həm də ölçüsünə görə digər piyada keçidlərindən fərqlənir. Beləki bu keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Orta hissə uzunluğu 52 metr, eni 4.5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Keçid inşa edilərkən yalnız vətəndaşların deyil, eyni zamanda burada daimi qulluq edəcək personalın rahatlığı da nəzərə alınıb. Onlar üçün xidməti otaqlar inşa olunub.

Əvvəl yolu küçməkdə çətinlik çəkirdik. Amma indi bu keçid salınıb. Rahatdır hər şey.

Bu yolda tez-tez qəzalar olurdu. Ama indi insanlar rahatlıqla yolu keçə biləcəklər. həm görünüşü, həm də rahatçılığı çox yaxşıdır.

3 dayaqlı piyada keçidində müasir, beyəlxalq standartlara uyğun 80 mayillikli piyada pandusları da quraşdırılıb. Bu pandusların quraşdırılmasında əsas məqsəd isə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlerin rahat hərəkətini təmin etməkdir. Yəni həmin kateqoriyadan olan vətəndaşlar heç kimin köməyi olmadan rahat şəkildə bu keçid vasitəsilə yolun bir tərəfindən digər tərəfinə hərəkət edə biləcəklər.

Anar Nəcəfli - AAYDA-nin mətbuat xidmətinin rəhbəri

Velosipeddən istifadə edən vətəndaşlar da raaht şəkildə bu yoldan istifadə edə bilərlər. çünki oandusların mayillik dərəcəsi 8 dərəcədir ki, bud a beynəlxalq standartlara cavab verir. Bundan başqa pilləkənlə çıxmaq istəyən vətənaşlar üçün də pilləkənlər qoyulub panduslarla bərabər, çox müasir bir keçiddir.

Keçiddə həmçinin müasir işıqlandırma sistemi də quraşdılıb. Bu isə gecə saatlarında ərazini işıqlandırmaqla yanaşı, keçidə füsunkar gözəllik qatacaq

atv.az

Masallının Ərkivan qəsəbəsində qətl törədilib.

Qəsəbənin 22 yaşlı sakini Kənan Bəyoğlanlı şəxsi münasibətlər zəminində 32 yaşlı kürəkəni Malik Şiriyevi bıçaqlayaraq öldürüb. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Şöbəsinə təhvil verilib, Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Ölkəmizdə pandemiya başlayan ilk vaxtdan koronavirusla mübarizə sahəsində bir sıra işlər görüldü. Dövlət tərəfindən görülən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan ən az itki vərən ölkələrdən biridir.

Pandemiya dövründə də dövlət vətəndaşının yanında oldu. Hər şey insanların sağlamlığının qorunmasına hesablandı. Qabaqcıl ölkələrin xəstəxanaları çarpayı çatışmazlığı yaşadığı bir vaxtda Azərbaycanda yeni modul tipli xəstəxanalar istifadəyə verildi. tibbi maska çatışmazlığının operativ həlli məqsədi ilə istehsal müəssisəsi yaradıldı, yeni labaratoriyalar istifadəyə verildi. Üstəlik, bir neçə xarici ölkədən təcrübəli həkimlər ölkəyə dəvət edildi

Məhdudlaşdırma tədbirləri çərçivəsində sahibkarlara kreditlər verildi, özəl sektorda çalışan 300 mindən artıq muzdlu işçinin əmək haqları dövlət tərəfindən ödənildi. Bir sıra sosial paketlər təsdiqləndi. 40 min ictimai əsaslı iş yerlərinin yaradılması nıəzərdə tutulsa da bu rəqəm Prezident İlham Əliyevin göstərişi ilə 90 minə çatdırıldı.

Vüqar Bayramov – millət vəkili

Sosial paket həm işləməyən həm də pandemiyadan öncə qeyri leqal sektorda çalışan vətəndaşlarımızın sosial müdafiəsinin təmin olunmasına xidmət etdir. Belə ki, aprel may aylarında 600 min vətəndaşımıza birdəfəlik yardımlar verildi. Bütövlükdə iqtisadi sosial paketlər çərçivəsində 5 milyona yaxın vətəndaşımız dövlət dəstəyindən faydalana bildi.

Azərbaycan dövləti pandemiyaya mübarizə tədbirlərinə MDB ölkələri arasında ən çox vəsait ayıran ölkədir.

Vüqar Bayramov – millət vəkili

Pan təsirlri minlaşdırmaqla bağlı ölkəmizdə 3,5 milyard manat vəsaitin bu istiqaməıtdə ayrılması həyata keçirildi. Bu ümumi daxili məhsulun 4.4 % deməkdir. Azərbaycan ümumi daxili məhsuldakı payına görə pan təsirlri minlaşdırmaqla bağlı MDB ölkələri arasında ən çox vəsait ayıran ölkədir və praktik olaraq MDB ölkələri arasında UDMdəki həcmə görə praktik olaraq buiribcisdir.

Elə bu tədbirlərin nəticəsidir ki, ölkəmiz koronavirusla uğurlu mübarizə aparır. Geriyə qalan əsas iş yenə biz vətandaşların üzərinə düşür. Qaydalara əməl edərək dövlətə dəstək olaq ki, bu bəladan da tez azad olaq.

atv.az

Nə az, nə çox - indi söhbət açacağımız hamamın 900 ildən çox yaşı var. Maştağa qəsəbəsində yerləşən tarixi abidə uzun müddət baxımsız olub, amma indi hamam ətrafında yenidənqurma işlərinə start verilib.Ətraflı sujeti izləyək.

ATV.az

Bütün dünyaya yayılmasından aylarla vaxt keçsə də koronovirus bəlası səngimək bilmir. Sırada təqdim edəcəyimiz sujet dünyada yeni növ virusla bağlı mövcud tablonu qismən dəolsa gözlər önünə gətirəcək. Dünyada koronavirusa yoluxanların sayı 27 milyonu ötüb. Təkcə bu statistika vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir.

ATV.az

Azərbaycan ordusu günü-gündən güclənir, peşəkar hərbiçilər yetişir. Müasir silahlara sahib olan ordumuz qüdrətini artırmaq üçün təlimlərə də qatılır. Mütəxəssislər bildirirlər ki, Azərbaycan ordusu döyüşə tam hazır vəziyyətdədir. Qüdrətli ordumuz tarix yazmağa, işğal edilmiş ərazilərimizdən düşmən ordusunu təmizləməyə,nəhayət adının qarşısına “müzəffər” sözünü əlavə etdirməyə qadirdir.

ATV.az

Hər bir millətin gələcəyi onun təhsilindən asılıdır. Bu gələcəyin parlaq və hamar olması üçün isə tədris şəraitinin yaxşı olması çox vacibdir. Bu yöndə dövlət bir çox addımlar atır və layihələrin icraasında heç bir gecikmə yoxdur.Ucqar kəndlərdə modul tipli məktəblər quraşdırılandan artıq müəllim və şagirdlər uzaq məsafə qət edib digər kəndlərə getmirlər. Bu da özlüyündə tədrisin keyfiyyətinə müsbət təsir edir.

Təmirə ehtiyacı olan məktəb binalarının yenidən inşa olunması ilə təhsilə yeni nəfəs verilir. Adil Qasımov adına Tovuz şəhər və Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbləri də bu qəbildəndir. Şəraitsiz,tədris üçün əlverişsiz olan məktəblər artıq görkəm alır, maddi-texniki baza daha da gücləndirilir.

Nüsrət Quliyev- direktor

Məktəb binası 1024 yerlik idi. Şagirdlərimiz yerləşmirdi,ona görə 2 növbədə dərs keçirdik.laboratoriyada avadanlıqlar. Köhnəlmişdi istifadə etmək çətin didi. Son tamamlama işləri gedir. Hesab edirəm şagirdlər yeni tədris bu möhtəşəm binada təhsilini davam etdiriləcək. Yeni məktəb 1200 yer nəzərdə tutulub 6 korpusdan ibarətdir.

Son illər təhsilə göstərilən dövlət qayğısı nəticəsində məktəblər təmir edilir, yararsız vəziyyətdə olanları isə sökülərək yerində möhtəşəm məktəb binaları inşa edilir. Təkcə bir faktı qeyd etmək olar ki, hər il tədris mövsümünün başlandığı ərəfələrdə prezident bir neçə məktəb açılışında iştirak edib. Xüsusilə pandemiya dövründə belə dövlət təhsilin inkişafı,məktəbləri maddi texniki bazasının gücləndirilməsi istiqamətində hər şeyi edir. Ən ucqar kəndlərdə belə nəzərdə tutulan layihələr dayandırılmır. Dağ kəndlərində yeni modul tipli məktəblər quraşdırılandan artıq şagirdlər təhsil almaq üçün başqa kəndlərə getmir. Bu da tədrisin keyfiyyətinə müsbət təsir göstərən amildir.

Musa Qasımlı - millət vəkili

Təhsil siyasətində böyük işlər həyata keçirilib. Bir neçə uşaq bağçasının açılması. Məktəb binalarının, uni korpuslarının açılması təhsilimizə göstərilən qayğının nümunələrindən biridir. Təhsil yerində dayanmır inkişaf edir. Ölkəmizdə də təhsildə daha yaxşı necə etmək oları əyani şəkildə görürük. Bu gün məktəblərin maddi texniki bazası və İnfor texnnologiyaları ilə təmin olunması var.

Ötən gün Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. İncəsənət məktəbində ən müasir tədris imkanları yaradılıb. Elə həmin gün İqtisad Universitetinin yeni korpusunun açılışında iştirak edib,yaradılan şəraitlə yerində tanış olan prezident və 1-ci xanım bildirib ki, yeni korpus müasir standartlara cavab verir. Bu gün isə ADA universitetinin 2 yeni korpusunun açılışında iştirak edən ölkə rəhbərliyi yaradılan şəraitlə tanış olublar. Qeyd olunub ki, yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar yaradılıb. Bütün bunlar Təhsilin bütün pillələrinin inkişafı istiqamətində görülən işlərin bariz göstəricisidir.

Ceyhun Məmmədov - millət vəkili

Son illərdə yüzlərlə məktəb universitet tələbələrimizin istifadəsinə verilib. Son 2 gündə həm İqtisad,həm ADA uni də yeni korpusların açılması bu fikri təqdiq edir. Bu onu göstərir ki, təhsilin inkişafı təhsil diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər Azərbaycan universitetlərində təhsilin keyfiyyətinin arıtılması,yeni təhsil müəsisıələrinin açılması,yeni rektorların təyin olunması da bu fikri gücləndirən təsdiq edən amillərdən biridir.

Təhsili yüksək səviyyədə olan dövlət bütün sahələrdə irəliləyişə nail olur. Ölkəmizdə də bu sahədə atılan addımlar da bunu hədəfləyir.

atv.az

Bu gün Paytaxtın Nərimanov rayonu ərazisində qaldırıcı kran aşıb. Bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib. Çoxmərtəbəli binanın tiktintisində istifadə olunan kranın aşması yaşayış binasına və ərazidəki avtomobillərə də zərər vurub.

Hadisə Azadlıq prospekti ilə Möhsün Sənani küçəsinin kəsişməsində baş verib. Təhüləsizlik qaydalarına düzgün riayət olunmadığından yeni tikilidə fəaliyyət göstərən qaldırıcı kran aşıb. Təəssüflər olsun ki, hadisə nəticəsində kranı idarə edən şəxs həyatını itirib. Ətrafdakı bütün maşınlara isə ciddi zərər dəyib.

Hadisə “Qarant inşaat” MMC-ə məxsus “Azadlıq bağçalı evlər” adlı yaşayış kompleksinin tikintisi zamanı olub. Hadisə şahidlərinin sözlərinə görə, işlək vəziyyətdə olan kran anidən aşıb.

Rauf Gülmalıyev – hadisə şahidi

İstirahət edirdik. 3-ə işləyən mamentdə. Bu mamanetdə gördük səs gəlir. Qalxdıq baxdıq ki, bu kran aşır. Bizdə başımızı götürdük qaçdıq. 00.40. Bir nəfər kranavşiki gördük. O da kabinbada oturmuşdu. O da yıxıldı ora

Rəşid Xanbabyev – hadisə şahidi

Evdə olmuşam, oturmuşdum gördüm ki, gurultu gəldi Gördüm tüstü zad. Zəng etdim Fövqəladəyə.

Hadisə yerinə dərhal Föqəladə Hallar nazirliyinin müvafiq qüvvələri, Daxili İşlər Nazirliyinin, Baş prokurorluğun əməkdaşları gəldi. Baş prokrorluqdan bildirilib ki, “Qarant İnşaat” MMC tərəfindən inşa olunan hündürmərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı sifariş əsasında fəalliyət göstərən “Kran Group” MMC-yə məxsus kranın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədilə sürücü kabinəsinə qalxıb. 37 yaşlı sürücü Elvin Cəfərov kranın aşması nəticəsində hadisə yerində dünyasını dəyişib. Ərazidə olan 6 avtomobil isə yararsız hala düşüb. Xöşbəxtlikdən bu avtomobillərin içərisində heç kim olmayıb.

Elvin Məmmədov - zərərçəkən

Səhər-səhər saxlamışam. Abeddə idim. Abeddən sonra da başımıza belə hadisə gəlib. Çox zərər görüb avotmobil ? bəli, bəli. maşın ələ gələsi deyil də.

Eyni zamanda Kranın bir hissəsi yaşayış binasının da üstünə aşıb. Nəticədə 3 evə ziyan dəyib.

Fuad Əhmədov – FHN-nin əməkdaşı

Qaldırıcı yük kranı yük qaldıran hissəsi binann üzərinə aşmışdır. Və nəticədə kranı idarə edən sürücü vəfat etmişdi. Stık. Binanın damından xəsarətlər vardır. Araşdırma aparılır. Əlavə məlumatlar veriləcək.

Həyatını itirən kran sürücüsünün meyiti hadisə yerindən aparılıb. Avtomobillər isə ərazidən götürülüb. Faktla bağlı Baş prokrorluqda cinayət işi açılıb.

atv.az

Qardaş Türkiyədə bir müddət öncə koronavirusa yoluxma sayında azalmalar görürdük. Gün keçdikcə aşağı düşən rəqəmlər yavaş-yavaş yenidən artmağa başladı. Əməkdaşlarımız bunun səbəbini araşdırıb. Ətraflı süjetdə.

Türkiyədə hələ ikinci dalğa gəlmədən gündəlik yoluxma sayı 1700 ə çatır. Mütəxəssislərin fikrinə görə bu mərhələ hələ birinci dalğanın 2 ci yüksəlişidir.

İsmail Balık – professor

Türkiyede özellikle nisan mayıs aylarını yoğun geçirdik. Bu Avrupa ülkeleri kadar olmasa da günlük vaka sayı 5000 e kadar çıktı. Dolayısıyla nisan mayıs aylarını hükumetin, sağlık bakanının bilim kurulunun tavsiyeleri sonucunda aldığı kararlarla bir takım kapatmalarla ve kısıtlamalarla geçirdik. Bu kapatmalar ve kısıtlamar sonuncunda temmuz başına kadar günlük vaka 500 ün altına kadar azaltmayı başardık.

Koronavirusa yoluxma sayının aşağı düşdüyü müddətdə bir çox məhdudiyyət aradan qaldırıldı. Elə bununla da müsbət dinamika mənfiyə doğru dəyişməyə başladı. Son 24 saat ərzində qardaş ölkədə 1642 yeni yoluxma faktı qeydə alındı. Əslində bu vəziyyət sadəcə Türkiyədə yox virusun yayıldığı digər ölkələrdə də müşahidə olunur.

İsmail Balık – professor

Tüm dünya salgının çok yaygın görüldüyü başta brazilya olduğu amerika gibi ülkerlerde biler tam kapatmalar yapılmadı. O yüzden vaka sayı çok oldu. Türkiyede 1 temmuzdasn etibaren açılmalarla birlikde avmler kafe restoranlar seyahetlerin açilmasiykla birlikde vaka saylari giderek artdi. Halkin bildigimiz tedbirleri gevşetmeye başlaması çox etkileyici oldu.

Məhdudiyyətlər aradan götürülsə də 3 sadə qaydaya əməl edərsək Covid 19 təhlükəsi bizdən uzaq olar.

İsmail Balık – professor

Eğer her kes kurallara uyarsa hər kes maskesini takarsa sosyal mesafaye el hijyenine dikkat ederse virüsün bulaşması kesinlikle ama kesinlikle mümkün değil.

Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyinin tövsiyyəsi, Prezident Rəcəb Tayyib Erdağanın təlimatı ilə Daxili İşlər Nazirliyi 14 şəhərdə icazə verilməyən toy-nişan tədbirlərini ölkə üzrə qadağan edən sənəd hazırlayıb. Yeni qərara səsasən, 81 əlayətdə 4 sentyabr tarixindən toy, nişan mərasimləri qadağandır

atv.az

Salyanda Qonşusu tərəfindən bıçaqlanan şəxs dünyasını dəyişib.

Hadisə rayonunun Boranıkənd kənd sakini, 27 yaşlı Hilal Hüseynovla qonşusu, 41 yaşlı Rəşad Əhədov arasında yaranan mübahisə zamanı baş verib. Hilal Hüseynov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qətli törətməkdə şübhəli bilinən Rəşad Əhədov polis tərəfindən saxlanılıb.

Hadisənin təfərrüatları araşdırılır.

atv.az

Tədqiqatlar göstərir ki, məktəblərdə yuxarı sinif şagirdlərinin virusa yoluxma və ətrafdakıları yoluxdurma ehtimalı kiçik yaşlı məktəblilərə nisbətən daha çoxdur. Ona görə də dərs otaqlarında istər yuxarı istərsə də aşağı sinif şagirdlərinin sayının yarıya endirilməsi məqsədəuyğun hesab edilir.

10 yaşınadək uşaqlar böyük yaşlılara nisbətən koronavirusa iki dəfə az həssas olurlar. Yəni onların virusa yoluxma riski böyüklərə nisbətən azdır. Elə bu fakt nəzərə alınaraq yeni tədris ilində ibtidai sinflər iki qrupa bölünərək dərslərə cəlb olunacaq. Bu prosedurun vacibliyini həkimlər də zəruri sayır

Vasif Əliyev – “TƏBİB”in infeksion xəstəliklər üzrə işçi qurupunun rəhbəri

Yuxari sinif uşaqlarinda çox gümam ki daha çox təmas riski olduqlarına görə bunlarda virusun ötürülməsi daha yüksəkdir. Nəzərə alsaq ki, kiçik yaşlı məktəblilərdə xəstəlik böyüklərə nisbətən daha assimtomatik keçirdiyinə görə assimptomatik infesksiyalarda yoluxduruculuq qabiliyyəti də simptomatiklərə görə də daha aşağıdır. Bu baxımdan hər iki halda xəstəliyin qarşını almaq üçün azərbaycanda tədbirlər görülüb ki, təmas riskini azaltmaq məqsədilə mıktəblilər arasında ara məsafəsini qorumaqla xəstəliyin qarşısını almaq olar.

Payız fəslində xəstəliyə yoluxma sayında artım olarsa, məktəblərin yenidən bağlanması qaçılmazdır.

Vasif Əliyev – “TƏBİB”in infeksion xəstəliklər üzrə işçi qurupunun rəhbəri

Ümumiyyətlə payız aylarımda sadəcə koronavirus deyil başqa resoirator infeksiyaların da artma sıxlığı görünür. STIK Qapalı mıəkanlarda insanlar bir birinə daha da sıx təmas etdiyinə görə virusun ötürücülük qabiliyyəti daha da yüksəkdir. Bu baxımdan virusun qarşısını almaqdan ötürü yenə də dediyimiz kimi tədbirlər davam etməklə yanaşı əgər gələcəkdə yoluxma hallarının sayı artması müşahidə edəriksə təbii ki təkrar monitorinq aparılaraq buna qərar verilə bilər.

Sadəcə məktəblərdə yox digər qapalı və kütləvi toplaşma məkanlarında da insanların maska taxması, ara məsafəsini qoruması davam etdirilməlidir. Təhlillər zamanı əldə olunan nəticəyə əsaslanaraq bunu demək olar ki, virusun yayılmasına münbit şərait yaradan yerlər məhz qapalı və insan sıxlığı çox olan yerlərdir.

atv.az

Gədəbəydə qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən ata ilə oğlu saxlanılıb.

Şabran rayon sakini Natiq Zülfüqarov yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə Gədəbəy rayonunda soyğunçuluq edib.Şabrandan olan Ata və oğul Gədəbəydə parkda gəzən qadında pul gördükdən sonra onu izləməyə başlayıblar. Qadını yaşadığı ünvana qədər təqib ediblər. Bundan sonra ata ilə oğlu qapını döyərək içəri daxil olub 900 manatı və mobil telefonu zorla ev sahibindən alara ordan uzaqlaşıblar.

Faktla bağlı cinayət işi açılıb.

atv.az

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 15 sentyabr tarixindən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Bəs qaydalar necə olacaq daha ətraflı növbəti sujetmizdə.

Tərbiyəçilər və texniki işçilər artıq iş başındadır. Azyaşlıların gəlişinə indidən hazırlaşırlar. Bağcalarda oyun otaqlarından tutmuş mətbəxə qədər hər yer dizenfeksiya edilir. Yeni qaydalara əlavə bəndlər də daxildir

Valdeyinlərin bağçanın daxilinə buraxilmasına icazə verilməyəcək. Yalnız uşaqlar girişdə tempuratu yoxlanılacaq. Daha sonra isə içəri buraxılacaq. Əgər hər hansı bir uşağın tempuraturu normadan yükəsək olduğu halda həmin uşaq geri qaytarlacaq.

Bağçalarda sanitar-gigiyena və karantin qaydalarının nəzarət Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

Elmin İmanov - BŞİH-nin şöbə müdiri

Bizim balalarımızın maskadan bu müddətdə istifadə etməsi nəinki qoruyuculuq özü ilə bərabər daha da digər infeksion xəstəliklər yarada bilər. Maska yerə düşə bilər. Əl atıb bir birinin maskaların götürə bilərlər. İstifadə edə bilərlər. Bu narahatlıq yarada bilərlər. stık 0530 Amma əməkdaşlar tərəfindən məaskanın istifadə edilməsi məcburidir. Bu artıq bir mənalı şəkildədir. Eyni zamanda mətbəxtdə həssas yerlərdə fəaliyyət göstərən əməkdaşlarda qoruyucu məaskalardan istifadə edəcəklər.

Bağçalarda qruplar üzrə uşaqların hansı şərtlər daxilində yerləşdirilməsi isə yaxın günlərdə açıqlanacaq.

atv.az

Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatinin yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına əsasən, yerlərdə vətəndaşların ehtiyacı olan su problemlərinin həlli davam etdirilir. Goranboy rayon Quşçular kənd sakini Əli Quliyevin Dövlət başçısına ünvanladığı məktub da bu baxımdan öz həllini tapıb.

Goranboy rayonunun Quşcular kənd sakini, Qarabağ əlili Əli Quliyevin Dövlət başçısına ünvanladığı şikayət məktubu öz həllini tapıb. Belə ki, kənd sakini 4 hektar yarım pay torpağını suvarmaq üçün su ilə təmin olunmayıb və əkdiyi yoncanı suvara bilməyib. Nəticədə məhsulunun tələf olması problemi ilə üz-üzə qalıb. Məsələnin həlli üçün yerli qurumlara müraciət etsə də, su problemi öz həllini tapmayıb. Sonda Əli Quliyev Dövlət başçısına müraciət edib.

Əli Quliyev - Quşçular kənd sakini

Şikayətim ondan ibarət idi ki, mənim əkinim fevral ayından bəri sulanmırdı. Pandemiya, bu xəstəliklə də əlaqədar başçımız özü də xəstələndi. Camaatın toplaşmaması üçün qəbul da olmadı, mən şikayətimi başçıya edə bilmədim. Ona görə də mən məcbur oldum aidiyyəti orqanlara, hətta prezidentimizə şikayət məktubu yazdım.

Bundan sonra vətəndaşın şikayətinə baxılıb, və problemi yerində həll olunub.

Əli Quliyev - Quşçular kənd sakini

Çox sağ olsunlar ki, operativ şəkildə mənim şikayətimə baxıldı. Və su verildi. İndi mən də heyvan saxlayıram, təsərrüfat, yonca əkmişəm, Allahın köməkliyi ilə qışı çıxardacağıq.

Məsələnin həllində bilavasitə iştirakı olan Goranboy rayon Quşçuylar kənd İcra Nümayəndəsi Seymur Namazov bildirdi ki, hazırda burada 24 ailənin istifadəsində 38 hektar pay torpaqları var ki, onun da suvarma probleminin həlli üçün kənd camaatının 2 artezian quyusuna ehtiyacı var. Hələlik isə Əli Quliyevin məsələsi öz həllini tapıb.

Seymur Namazov- Goranboy rayon Quşçular kəndinin icra nümayəndəsi

Əli dayının 5 hektar, 4 hektar yarımı sulamaq üçün köməklik göstərilməli idi, yubandı, indi bir az məhsulu batdı, ziyannığı oldu, Əli dayı da müraciət elədi cənab prezidentimizə, lazım olan orqanlara. 01-01 Sağ olsunlar, reaksiya verildi, sulandı, bu günkü gün hər şey qaydasındadır.

Əli Quliyev müraciətinə operativ baxıldığı üçün Dövlət başçısına minnətdarlığını bildirdi.

Əli Quliyev - Quşçular kənd sakini

Prezidentimizə təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm, mənim şikayətimə baxdığı üçün əziyyət çəkib gəldiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm.

atv.az