Aşotyandan ŞOK ETİRAF: Ermənistan dövləti yoxdur, çünki... - VİDEO

"Mübahisə olunmaz fakt budur ki, artıq dövlətimiz yoxdur. Ermənistan sadəcə BMT-yə üzv olan ölkələr siyahısında Argentina və Avstraliya arasında yerləşən əlifba sırasında göstəricidir, ritual detaldır, siyasi anlaşılmazlıqdır".

Publika.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan "Facebook" hesabında yazıb.

Aşotyan vurğulayıb ki, Ermənistan dövləti kapitulyantın günahı ucbatından yox olmayıb, səbəb daha dərindir:

"Dövləti millət yaradır. Artıq Ermənistan Respublikası yoxdur, çünki erməni milləti yoxdur. Bu gün bir millət yerinə 29.000 kvadrat kilometr ərazidə bioloji populyasiya yaşayır. Populyasiyanın isə dövləti ola bilməz. Ən yaxşı halda arealı ola bilər. Başqa sözlə, ermənilər artıq siyasi varlıq deyil, tezliklə Qırmızı Kitabda yer alacaq etnoqrafik alt növdür. Və heç bir dövlət yoxdur, çünki onu yaradan insanlar sadəcə yoxa çıxıblar ".

Hüseyn

Mənbə:
0
125
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar