“Asfalt zindan”a salınan ağaclar azadlığa qovuşdu - FOTO

Xətai prospekti, Bakı Dəmiryol Vağzalının yaxınlığında ağacların dibi asfaltlanıb. 

Bu barədə fotolar sosial şəbəkədə yayılıb.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə əlaqə saxladıq.

ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, Xətai prospekti, Bakı Dəmiryol Vağzalının yaxınlığında ağacların dibinin asfaltlanması ilə bağlı daxil olan şikayət araşdırılıb:

“Sözügedən ünvanda, yol kənarında xeyli sayda ağacın dibinin asfaltla örtüldüyü müəyyən edilib. Ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 37 saylı Mənzil Kommunal İstismar Sahəsinə icrası məcburi göstəriş verilib”.

“Xidmətin əməkdaşlarının nəzarəti altında Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən ağacların dibinin asfaltdan təmizlənməsi işlərinə başlanılıb”, - deyə o qeyd edib.

FOTO QALEREYA
Mənbə:
0
71
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar