ABŞ-da tornadonun qorxunc görüntüləri - VİDEO

ABŞ-ın Missuri ştatında tornado ciddi fəsadlara səbəb olub.

Kanzas-Sitidən şimal-şərqdə yerləşən Pərdin şəhərindən olan şahidlərin sözlərinə görə, bir mərtəbəli bir neçə bina dağılıb. Kənd təsərrüfatı texnikasına ziyan dəyib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Missuri və İllinoys ştatlarında tornado təhlükəsi davam edir.

Təhlükəli ərazilərin sakinlərinə sığınacaqdan çıxmamaq tövsiyə olunur.
Mənbə:
0
142
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar