İyunun 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.
1news.az xəbər verir ki, Baş nazir Ə.Əsədov doğum günü münasibətilə İ.Qaribaşvilini təbrik edib, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.
Telefon danışığı zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Prezident İlham Əliyev "Onkoloji yardım haqqında" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
1news.az-ın dövlət başçısın rəsmi saytına istinadən məlumatına görə, yeni qanuna əsasən, onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququ olacaq.
Bakıda baş verən intihar hadisəsi barədə bəzi detallar məlum olub. 1news.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, ginekoloq-həkim Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub. O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış və evin bütün yükü onun çiyinlərində imiş. X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyatsevər olduğunu və intihar etməyinə inanmadıqlarını bildiriblər. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb. X.Kəngərli bu gün dəfn olunub. 
1news.az
Sabunçuda məktəb yanır. 1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN)saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Bakı metropoliteni metro stansiyalarında havalandırma sistemini yaxşılaşdırmaq məqsədilə bu il daha 6 müasir havalandırma ventilyatoru alacaq. Bu barədə 1news.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, həmin ventilyatorlar metro stansiyalarında istismar müddətini başa vurmuş ventilyatorlarla əvəz ediləcək: "Son iki il ərzində metropoliten 17 yeni və müasir ventilyator alaraq stansiyalarda quraşdırıb. Yeni ventilyatorlar alınarkən mövcud sərnişin axını və eyni zamanda, gələcəyə hesablanmış planlar da diqqət mərkəzində saxlanılır. Alınan yeni ventilyatorlar əvvəlki qurğulardan ən azı 2-3 dəfə güclüdür. Bu isə metro stansiyalarında ventilyatorların işini daha müasir qaydada və sərnişin rahatlığı nəzərə alınmaqla təmin etməyə imkan verir. Metro stansiyalarında aparılan monitorinqlərə görə, yeni ventilyatorlar quraşdırılan stansiyalarda hərarət göstəricisi 2-3 dərəcə, bəzi stansiyalarda isə 4 dərəcəyə qədər aşağı olur". B.Məmmədov qeyd edib ki, bu il alınacaq ventilyatorlar da Bakıya gətirilərk ictimaiyyətə təqdim olunacaq, daha sonra isə istismar müddətini başa vurmuş köhnə ventilyatorlarla əvəz ediləcək. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
1news.az
Bakıda və Abşeron yarımadasında iyun ayının sonunadək şimal-qərb küləyi 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq. 1news.az-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib. Azərbaycanın rayonlarında iyun ayının sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Çaylarda sululuğun artacağı ehtimal olunur. 
1news.az
Bölgələrdə taxıl biçini davam edir.  Kənd Təsərrüfatı Nazirliyindən 1news.az-a verilən məlumata görə, hazırda Azərbaycanın 61 rayonunda biçin gedir. Aran bölgələrində arpa biçini yekunlaşmaq üzrədir, artıq əksər rayonlarda kütləvi buğda biçininə başlanıb. Bugünədək sahələrdən ümumilikdə 1364844 ton məhsul yığılıb. Biçin davam edir. Biçin prosesinə 1503 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 649, fiziki və hüquqi şəxslərin isə 854 kombaynı iştirak edir. “Aqroservis” ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub. Qeyd edək ki, “Aqroservis” ASC-nin kombaynları sahəsi ilkin mərhələdə 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilir. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, “Aqroservis” ASC tərəfindən sosial biçin siyasətinin həyata keçirilməsi (ilk növbədə 50 hektaradək sahələrdə biçin aparılacaq) ötən illərdə olduğu kimi bu il də biçin prosesində texnika ilə təminatda probem olmayacağını söyləməyə əsas verir. 
Ağstafa rayonunda yeniyetmə su kanalında boğulub. 1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb. 2006-cı il təvəllüdlü rayon sakini Tural Hacıyev yaxınlıqdan keçən su kanalında çimən zaman boğulub. Yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma başlanılıb. 1news.az <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı təsis edilib. 1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edib. Əsasnamədə qeyd olunub ki, “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə, ətraf mühitin mühafizəsi ilə bağlı mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə, ətraf mühitin mühafizəsi ilə bağlı obyektiv informasiyanın yayılmasına və görülən işlərin təbliğinə verilən töhfəyə görə, ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə təltif edilirlər. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnaməndə göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
Silk Way West Airlines Airbus ilə iki A350 yük təyyarəsinin alınması üçün müqavilə imzalayıb və onların çatdırılması 2027-2028-ci illərdə planlaşdırılır.  Razılaşmaya əsasən gələcəkdə eyni modeldən daha iki təyyarənin alınması nəzərdə tutulub. İki şirkət arasında olan ilk saziş 28 iyun 2022-ci il tarixində Bakıda Silk Way West Airlines-ın prezidenti cənab Volfqanq Mayerin və Airbus şirkətinin Regional İcraçı Vitse-Prezidenti və Avropa üzrə Satış Rəhbəri cənab Vouter Van Vörşin iştirak etdiyi mərasimdə imzalanıb. Bu yatırım Silk Way West Airlines şirkətinin yükdaşımalar üzrə artan tələbatın qarşılanması məqsədilə beynəlxalq hava şəbəkəsini genişləndirməsi istiqamətində atdığı növbəti addımdır. A350F yük təyyarələrinin sifarişi Mərkəzi Asiya və MDB regionunda bir ilkdir. A350F dünyanın ən qabaqcıl uzaq məsafəli təyyarəsi olan A350-nin əsasında hazırlanıb. A350 ailəsinin yeni üzvü kimi A350F yük təyyarəsi ən müasir texnologiyadan, aerodinamikadan və misilsiz əməliyyat çevikliyindən bəhrələnib. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Təyyarənin əsas özəlliyi göyərtədə böyük yük qapısı və yük əməliyyatları üçün optimallaşdırılmış gövdə uzunluğudur. Korpusun 70%-dən çoxu qabaqcıl materiallardan hazırlanır ki, bu da uçuşun çəkisini 30 ton azaldır. Bu, optimallaşdırılmış və müasir yükləmə sistemi və 109 ton yükgötürmə qabiliyyəti ilə yanaşı, bütün növ yüklərin daşınmasını təmin edir. Rolls-Royce mühərrikləri ilə təchiz edilən A350F böyük yük təyyarələrinin yeni nəslinə aiddir və daha az yanacaq sərfiyyatı ilə yanaşı, CO2 emissiyalarının azalmasına töhfə verir. Dünyanın ən səmərəli və ekoloji cəhətdən təmiz yük təyyarələrindən biri olan Silk Way West-in donanmasına bu son əlavələr aviaşirkətin davamlılıq məqsədlərinə cavab verir. “Biz Airbus ilə ilk, lakin əlbəttə ki, sonuncu olmayan müqaviləni imzalamaqdan böyük məmnuniyyət hissi duyuruq və əminəm ki, səy göstərdiyimiz gələcək inkişaf üçün bu çox səmərəli tərəfdaşlıq olacaq. Bu gün qonaqlarımız Silk Way West Airlines-in tarixi məqamlarından birinin şahidi oldular. Əminəm ki, bu yeni təyyarələrin alınması bizə uğur gətirəcək və bu müqavilənin imzalanması şirkətimizin inkişafında yeni mərhələnin əsasını qoyur. Əminəm ki, yeni təyyarələrin alınması önümüzdəki 15-20 il ərzində şirkətimizin qlobal hava yolu ilə yükdaşıma bazarındakı aparıcı mövqelərini daha da gücləndirəcək”, - Silk Way West Airlines-ın prezidenti cənab Volfqanq Meyer bildirib. Müqavilə Silk Way West Airlines-ın qlobal yükdaşımaları bazarında öz payını artırmaq və regional liderliyini gücləndirmək strategiyasında növbəti addımının təzahürüdür. 2012-ci ildə İpək Yolunun qəlbi sayılan Bakıda əsası qoyulmuş Silk Way West Airlines 500 min tondan ibarət illik yük dövriyyəsi ilə Xəzər dənizi regionunun ən böyük hava yolu ilə yükdaşıma şirkətidir. Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət ayda dünyanın 40 istiqaməti üzrə 350 müntəzəm uçuş həyata keçirir.  50 illik innovasiyalar, texnoloji yeniliklər və sənaye mükəmməlliyi təcrübəsi ilə Airbus, kommersiya təyyarələri, helikopterlər, müdafiə, kosmos və təhlükəsizlik qurumları üçün xidmət göstərir, dünya miqyasında müştəri bazasına aerokosmik məhsulların və həllərin layihələndirilməsi, istehsalı və çatdırılması üzrə liderdir.3 
Reklam hüququnda
İşğaldan azad edilən ərazilərimizin bərpasına dəstək göstərilməsi, ianələrin cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığının, iqtisadi imkanların və çağırışların müzakirə olunması məqsədilə Qarabağ Dirçəliş Fondu ilə donor şirkətləri və Fondun tərəfdaşlarının işgüzar görüşü keçirilib. 1news.az xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov işğaldan azad olunmuş ərazilərimizdə işgüzar fəallığın artırılması və sərmayə potensialının təşviqi üzrə tədbirlərin önəmini qeyd edib. Nazir Qarabağ ərazisinin dayanıqlı inkişafına töhfə vermək, əhalinin məşğulluğunu və rahat şəraitdə yaşamasını təmin etmək məqsədilə dövlət və özəl qurumlarla tərəfdaşlıq çərçivəsində layihələrin həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev azad edilmiş ərazilərin yüksək rifahlı regiona çevrilməsi prosesində donorlarla sıx əməkdaşlığın, maraqlı tərəflərin görülən işlərə cəlb edilməsinin Fondun fəaliyyətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb, görüşün məqsədinin də donor şirkətləri və Fondun tərəfdaşları ilə bu sahədə müzakirələrin aparılması olduğunu bildirib. Görüşdə özəl sərmayələrin Qarabağın iqtisadi inkişafına cəlb edilməsi ilə layihələrin reallaşdırılması imkanları müzakirə olunub. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Tədbirin sonunda Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərən bir neçə donora – “Improtex” Şirkətlər Qrupu, “Bona Dea” Beynəlxalq Hospitalı, “Azərbaycan Sənaye Korporasiyası” ASC, “İntegral Telecom” QSC-yə “İanə Sertifikatı” təqdim edilib. 
“Nar” fiziki məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə artıq 3-cü dəfədir, təşkil olunan “Təlim Məktəbi” sosial layihəsinə yenidən start verdi. Layihənin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmaq üçün onları peşə təlimləri ilə təmin etməkdir. Missiya çərçivəsində bu gənclər üçün əmək bazarında daha çox tələbat olan xüsusi peşə təlimlərinin təşkil edilməsi nəzərdə tutulub. Ümumilikdə 6 ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 15-30 yaş arasındakı 20 gənc iştirak edəcək. İlkin mərhələdə həftəiçi hər gün olmaqla 3 ay boyunca xanımlara peşəkar mütəxəssislər tərəfindən manikür ustalığı təlimləri keçiriləcək. Təlimlərin sonunda isə iştirakçılara Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq. Təlim məktəbi” layihəsinin tərəfdaşı “Karlarа Dəstək” İctimai Birliyidir. Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Reklam hüququnda 
Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il iyunun 29-da keçiriləcək növbədənkənar iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.  Milli Məclisin mətbuat xitmətindən 1news.az-a verilən məlumata görə, iclasın gündəliyinə 16 məsələ daxildir. Həmin məsələləri təqdim edirik: 1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 2. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 3. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 6. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 7. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş). 8. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 9. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 10. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 11. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 13. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).  14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 15. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 
16. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə zəng edib. 1news.az xəbər verir ki, dövlətimizin başçısı İrakli Qaribaşviliyə ad günü münasibətilə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. İrakli Qaribaşvili göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hissein Brahim Taha və üzv dövlətlərin nümayəndələri Heydər məscidini ziyarət ediblər.
1news.az xəbər verir ki, ziyarət zamanı konfrans iştirakçıları tərəfindən namaz qılınıb və İslam dünyasında sülh və əmin-amanlığın bərqərar olması üçün dualar edilib. 
Ziyarət əsnasında qonaqlara Qafqazın ən böyük məscidinin inşası, dini ocağın fəaliyyəti və burada qılınan namazlar haqda ətraflı məlumat verilib, həmrəylik və sülh simvoluna çevrilən Heydər məscidinin önəmi vurğulanıb
“Təhsil Nazirliyi bağçalarla bağlı diaqnostik qiymətləndirməni bitirib. Bizim bir neçə istiqamətdə işimiz gedir, bu məsələdə bu il üçün bir neçə proitet sahə var. Çünki bütün işləri birdən-birə görmək mümkün deyil”. 1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, birinci mərhələdə əsas iş bağçalara şagird qəbulunun qaydaya salınmasıdır: “Şagird qəbulunun vahid platforma üzərindən həyata keçirilməsini istəyirik. Hazırda bununla bağlı ölkə üzrə məlumat bazası formalaşmamaqdadır. İkinci işimiz ilk dəfə müəllimlərin, tərbiyəçilərin bağçalara işə qəbulunun vahid formatda aparılmasıdır. Bunun da şəffaflığa, işə qəbul prosedurlarına daha səmərəli töhfə verəcəyinə inanıram. Mingəçəvir və digər şəhərlərdə bağça müdiri vəzifələri boşdur. Bir məsələ direktorların bağçalara işə qəbul prosesinin şəffalaşması və bunun müsabiqə əsasında aparılmasıdır. Bu prosesin yay ərzində aparılmasını planlaşdrırıq. Bağçalarla bağlı uşaqların qidalanma məsələsi daha çətin və vacib məsələlərdən biridir. Düşünürəm ki, bununla bağlı qaydalar köhnəlib, yeni qaydaların hazırlanması zamanı çatıb. Ancaq həmin qaydaları hazırlamaq zaman tələb edir və bunlar icra oluna bilən olmalıdır. Bu istiqamətdə işlərimiz davam edir”. Nazir deyib ki, 1680 bağçada monitorinq aparılıb: <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 “Hansı bağçada vəziyyətin necə olması barədə ilkin təsəvvürlərimiz var. Hazırda bir neçə bölgədə auditlər həyata keçirilir. Onların da nəticələri əsasında müvafiq intizam tənbeh tədbirlərinin görülməsi, yaxud daha ciddi əmək qanunvericiliyində nəzərdə tutulmuş məsələlərlə bağlı bu həftə ictimaiyyətə məlumat veriləcək. Bundan əlavə, ikin mərhələdə məktəblərin, bağçaların tikinti məsələsi də gündəmdə olacaq”. 
1news.az
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 25 gündə 32 narkotacir tutulub olardan 90 kiloqram narkotik maddə aşkar edilib. Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, idarənin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 25 gün ərzində keçirilən əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə vətəndaşları narkokuryerliyə cəlb edən və onlayn yolla narkotik maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstənin daha 32 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 90 kiloqram narkotik vasitə və psixotrop maddə, 2815 ədəd psixotrop tərkibli həb və 75 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkar edilib. Daxil olmuş məlumat əsasında Yardımlı, Masallı, eləcə də paytaxtın Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı Amid Ağayev, İbrahim Ələsgərov, Mais Əliquliyev və tanışı Hüseyn Məmmədov tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 47 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 28 kiloqram heroin, 8 kiloqram metamfetamin, 7 kiloqram tiryək, 4 kiloqram marixuana, psixotrop tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə etdikləri plastik kartlar aşkar edilib. Adları çəkilən 4 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələri Azərbaycan ərazisində qəbul edərək satışını təşkil etməli imişlər. Onların məqsədi narkotik vasitələri satmaqla yanaşı, sosial şəbəkələrdə müxtəlif videoşantaj, narkotik vasitə istifadəçilərinə “qayğı” göstərmək və pulsuz narkotik vasitə təklif etmək yolları ilə iradəsi zəif olan şəxsləri narkokuryerliyə cəlb etmək olub. Baş İdarənin paytaxt, eləcə də Respublikanın digər bölgələrindən həyata keçirdiyi əməliyyatlar zamanı narkotik vasitələrin satışını təşkil edən daha 28 nəfər saxlanılıb. Onlardan 43 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. 
"Yay mövsümi başlayandan hələki anomal isti hava şəraiti qeydə alınmayıb. Amma mövsüm başlayandan etibarən Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına bununla bağlı bir neçə müraciət daxil olub".
1news.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib. Onun sözlərinə görə, 12 nəfər günvurmadan əziyyət çəkərək Təcili Yardıma müraciət edib. Onlardan 10-na xəstəxanada, 2 nəfərə isə yerindcə yardım göstərilib.
1news.az
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “N.Nərimanov” adına elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. FHN-dən 1news.az-a verilən məlumata görə, təlimin mövzusu vaqonlar parkında baş vermiş şərti yanğının “söndürülməsi” olub. Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının söndürülməsinə başlanılıb” və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”. Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə “yanğını söndürüblər”. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib. 