Səlçuk Bayraktarın atası vəfat edib - FOTO

Səlçuk
Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Səlçuk Bayraktarın atası Özddemir Bayraktar vəfat edib. 1news.az xəbər verir ki, 72 yaşında vəfat edən Özdemir Bayraktar sabah İstanbulda dəfn ediləcək. Səlçuk Bayraktar öz sosial şəbəkə hesabında atasının vəfatı ilə bağlı bunları yazıb: “Atam, canım, dostum, rəhbərim, dava yoldaşım haqqın rəhmətinə getdi.Qanını, canını, sağlığını, varlığını millətimizin tam müstəqillik mübarizəsinə həsr etdi”.
Qeyd edək ki, Özdemir Bayraktar “Baykar” şirkətinin idərə heyətinin sədri olub. Əslən Trabzon Sürmənə rayonundan olan Özdemir Bayraktar 1949-cu ildə İstanbulun Sarıyer rayonunda doğulub. Onun 3 övladı var.
Mənbə:
0
29
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar