Bir ailə faciəsi - Gəncə terroru - VİDEO

Bir
Bu kadrlar hər kəsə tanışdır. Gecə saat 01 radələrində Gəncə düşmən tərəfindən raket zərbələrinə məruz qalmışdı. Nəticədə 15 nəfər həlak olmuş, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Bu gün həmin dəhşətli gecədən artıq 1 il ötür. Yaddaşımıza qara gecə kimi həkk olunan Gəncə terroru bu insanlara nələr yaşatmadı ki? Bir ömürlük acı, əzab və iztirab. REAL TV əməkdaşının söhbət etdiyi bu şəxs Ramiz Qəhrəmanovdur. Özü həmin gün dağıntılar altında qalaraq xilas olsa da doğmaları - 34 yaşlı qızı Xatirə, 11 yaşlı nəvəsi Orxan, 6 yaşlı nəvəsi Məryəm və 18 yaşlı nəvəsi Ləman şəhid olub.
"Həmin günü necə xatırlayırsınız" sualına isə o belə cavab verir:

Müsahibimiz deyir ki, həmin anın həyəcanı bu gün də canındadır. O yalnız doğmalarını deyil, üzündəki gülüşü də itirib. Çünki terror qızının və nəvələrinin arzusuna da son qoyub.

Ramiz Qəhrəmanov söyləyir ki, əgər vəkillər köməklik edərsə, Ermənistanı beynəlxalq məhkəməyə verməyə hazırdır.

Bu gün məzarlarında əbədiyyən uyuyan bu şəhidlər Azərbaycanın xalqının əqidəsinin sınmaz, birliyinin möhkəm olduğunu dünyaya göstərdi. Onların bu mübarizliyi isə heç zaman unudulmayacaq. Cənnət Mələyi Ləmanın dostunun bayraq rənglərində yazdığı məktubda deyildiyi kimi:

"Yoxluğuna inanmaq çox çətindir. Bu soyuqda sən üşüyürsən axı. Soyuq torpaq canımı acıdır axı. Düşündükcə gözlərimdən yaş özülüyündə düşür və gözlərimi yuyur. Qəlbim qan ağlayır və o qan qəlbimdə sağalmayan bir dəlik açır, yaraya çevrilir. O yara ki insanı ağrıdır və göynədir".

1news.az

Mənbə:
0
40
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar