Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84247 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37609 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4798286, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2777752, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2020534 təşkil edir.

Mənbə:
0
118
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar