20:44, 3.11.2015 Premyer Liqa EPL

«Tottenhem» qol vurdu, baş hakim sevindi - VİDEO

İngiltərə Premyer Liqasının XI turunun son matçı maraqlı hadisə ilə yadda qalıb.

“Tottenhem” – “Aston Villa” qarşılaşmasının baş hakimi Mayk Din meydan sahiblərinin ilk qolunu çılğınlıqla qeyd edib.

Artıq 3-cü dəqiqədə Musa Dembele hesabı açdığı zaman hisslərini cilovlaya bilməyən Din az qala qolun müəllifindən çox sevinib. Onun bu sevinci görüntülərdə də öz əksini tapıb. London klubunun digər qolları zamanı da 47 yaşlı referi sevincini gizləyə bilməyib.

Maraqlıdı ki, bu, onun ilk biabırçı hərəkəti deyil. 2012-ci ildə “Arsenal”la London derbisində “Tottenhem”in qoluna sevinən Mayk Din futbolçular topu itirdikləri zaman buna sərt əl-qol hərəkətləri ilə reaksiya göstərib.

Qeyd edək ki, dünən keçirilən “Tottenhem” – “Aston Villa” oyunu birincilərin 3:1 hesablı qələbəsi ilə nəticələnib.

APA Sport

Baxılıb: 458

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close